Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər

Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməli və seçdikləri ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) mayın 1 –dən 18-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər.
Seçmə tur Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir.
QİK-lər ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bakı şəhərində 6 (ADRA, BMA, AMİU, AMK nəzdində Musiqi Kolleci, ADMİU-nun “Səda” Tədris Teatrı, ADBTİA), regionlar üzrə isə 6 (Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Şəki Musiqi Kolleci, TQDK-nın Lənkəran regional bölməsi, Ağdam Musiqi Kolleci) tədris müəssisəsində Qabiliyyət İmtahanı Komissiyası təşkil olunmuşdur.
Qabiliyyət imtahanlarının cədvəli yaxın vaxtlarda TQDK-nın internet saytında veriləcəkdir.

Mənbə: http://tqdk.gov.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1575 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:M_MEHEBBET (Əlavə edilib: 09.02.2015 17:24:52)
qabiliyyet testine bir defe getsek olmaz
Müəllif:Qonaq__7782762 (Əlavə edilib: 07.02.2015 16:24:45)
Neçə ixtisas yaza bilərik?sadəcə 1in?

Öz şərhinizi yazın

Bağla
.....