Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Dərslərdə iştirak etməyənlərə niyə cərimələr tətbiq edilmədi?

Dərslərdə iştirak etməyənlərə niyə cərimələr tətbiq edilmədi?

"Hələlik dərs buraxmağa görə cərimələnən şagird olmayıb".
 
Milli.Az bildirir ki, bu barədə Təhsil Nazirliyi lent.az-ın sorğusuna cavab olaraq deyib.
 
Nazirliyin məlumatına görə, bir ay ərzində 7 gündən çox dərs buraxılmasına görə inzibati cəzanın tətbiqinə hələ başlanmayıb. Belə ki, dövlət başçısının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanununun tətbiqi barədə" fərmanının 1.3-cü bəndində dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə inzibati cəzanı istisna edən səbəblərin də əksini tapacağı icra mexanizmi Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra inzibati cəzanın tətbiqinə başlanılacaq.
 
Ona görə də hələlik dərs buraxmağa görə cərimələnən şagird olmayıb.
 
Nazirlikdən o da bildirilib ki, şagirdlərin dərsə davamiyyətinin yaxşılaşdırılması daim gündəlikdə olan məsələdir və bu istiqamətdə məqsədyönlü iş aparılır.
 
Xatırladaq ki, ötən il İnzibati Xətalar Məcəlləsinə bu məsələ ilə bağlı müvafiq dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, 1 ay ərzində 7 gündən artıq dərs buraxan şagirdin valideyni 100 manat məbləğində cərimələnəcək. Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzr dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.  

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2755 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15972822 (Əlavə edilib: 28.02.2016 18:22:35)
yalansa gercək olsun ..bizimdə canımiz incəlsin
Müəllif:Qonaq__16155127 (Əlavə edilib: 23.02.2016 22:29:33)
indi derse gele bilmeyen kasiblardir isleyirler bes nece olacaq ?
Müəllif:Qonaq__16398757 (Əlavə edilib: 16.02.2016 22:55:24)
Daha ciddi tedbir gorulmelidir,cerime bow sohbetdir
Müəllif:Qonaq__16357717 (Əlavə edilib: 14.02.2016 12:43:14)
Her seye bu qeder ciddi yanasilsaydi tehsilde daha yaxsi olardi!!
Müəllif:Qonaq__16001062 (Əlavə edilib: 13.02.2016 13:07:16)
Yaxwi eliyibler
Müəllif:Qonaq__13869295 (Əlavə edilib: 13.02.2016 09:50:08)
Bu qanun hec zaman tetbiq olunmayacaqdir
Müəllif:Qonaq__15822819 (Əlavə edilib: 12.02.2016 08:39:20)
Lakin bu qanun hele de quvveye minmeyib teessuf ki
Biz de shagirdlerin yanindan bir daha nufuzdan dushduk/Yeni xeberdarligimiz sadece bosh bir soz olaraq qaldi

Öz şərhinizi yazın

Bağla
.....