?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu dərs ili 14 iyunda deyil, 31 mayda yekunlaşacaq (açıqlama)

Bu dərs ili 14 iyunda deyil, 31 mayda yekunlaşacaq (açıqlama)

Hazırki tədris ilində dərslər mayın 31-də başa catacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, buna səbəb Nazirlər Kabinetinin dərs ili ilə bağlı dəyişikliyi nəzərdə tutan qərarı dərs ili başlandıqdan sonra qəbul etməsidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı edilmiş dəyişikliklərlə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, qeyd olunan normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadıldığı Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir.

Nazirlər Kabinetinin qərarındakı dəyişikliyə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər bu cür olacaq: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.
Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

İndiyə qədər ümumtəhsil məktəbində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatırdı.

Mənbə: http://xia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 21049 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__20147821 - 30.08.2016
2016-ci il ders ili mayin 31 qurtarsa yaxsi olar.
Qonaq__16699862 - 01.03.2016
İndi tam düzgün deyin görək tətilə31may cıxılacaq?
Qonaq__16404037 - 17.02.2016
Fevral ayinda ibtidai siniflere tetil var?
Mart ayinda nece gun tetilimiz var?
Qonaq__13787578 - 10.02.2016
bu nə demək oldu indi....,.
Qonaq__14815409 - 05.02.2016
VALİDEYNLƏRİN İSTƏYİ NƏZƏRƏ ALINSA DƏRSLƏRİN SENTYABRIN 1DƏ BAŞLAYIB MAYIN 31DƏ BİTMƏSİ MƏQSƏDƏUYĞUNDUR.DƏRSƏ DAVAMİYYƏT BAXIMINDAN MƏKTƏB RƏHBƏRLİYİ VƏ MÜƏLLİMLƏR NORMAL VƏ SAĞLAM İŞ ŞƏRAİTİNDƏ IŞLƏMƏYƏ NAİL OLARLAR. ƏKS TƏQDİRDƏ DAVAMİYYƏTİN100% OLMASI..........
Qonaq__16188755 - 03.02.2016
Nə qədər uzadırsa uzat keyfiyyətə təsiri yoxsa ,nə mənası var.Nəsə
Qonaq__16181297 - 03.02.2016
Her gelen özünü gösterir eziyeti uwaqlar çekir indi de deyilir testi legv edecek bu uwaqlar onsuzda bütün günü stres içindedir bu sözü ewidib lap strese duwubler gece yatib ne yuxu görürlerse seher bir fikre duwurler özlerini kime gösterir bu qerari cixardan daha da özüne nifret qazanir dersler sentyabrin 1bawlasa ela olar
Qonaq__16085278 - 03.02.2016
onda bes tetil teqvimleri niye bu il deyishdi ?
Qonaq__15190922 - 02.02.2016
men basa duse bilmedim qeti qerar nedi??ders 31 mayda bitecek?
Qonaq__14654773 - 02.02.2016
Ne demek istediyinizi aydin yazinda. Hech kim hech ne basha dushmedi
Qonaq__16174104 - 02.02.2016
bu milletin basina ne isteseler o oyunu da acirlar yaziq muellimler ve sagirdler gerek yayin istisinda derse gelsinler,onsuz da oxumayan oxumayacaq.
Qonaq__14428343 - 02.02.2016
Mən heç nə anlamadlm.bu nə tapmacadır?yəni 14-u qurtarmir?bəs yarımıl,tətil niyə dıyişdi????
Qonaq__16154195 - 01.02.2016
Indi iyunun 14 qurtaracaq amma mayin 31 son zeng olacaq bu nece olacaq...
Qonaq__16152507 - 01.02.2016
ayların sayını,günləri uzatmaq hələ təhsilin kediyyətindən xəbər vermir,oxuyan da oxudan da bunu istəsə həll edir,yəni ozuyan tələbə,şagird oxuyacaq proqramı da çatdıracaq ,oxumayan və dərsi keçə bilməyən üçün bu problem qurtarmayacaqəgər həqiqətən uşaqların savadlı olmağın istəyirsəniz sə,onda 1.sinifdə uşaqlara bir əlifbas öyrədin,rus və ya ingilis dillərinin əlifbasını 1.sinifdə öyrətmək lazım deyil,sadəcə olaraq şəkillər üzrə dərs keçilsə kifayətdir,çünki beyini o qədər yükləmək olmaz.rus demişkən:"Каждая метла метет по своему"hər nazir gələndə təzə qaydalar çıxardır,altını bizim uşaqlar çəkir,M.Mərdanov Kurikulum icad etdi,indi də- uşaqların dərs müddəti ...
Qonaq__16091636 - 31.01.2016
bu yəqinki 2014-2015 tədt7s ilinə aiddir?
Qonaq__14725464 - 31.01.2016
31 may yoxsa 14 iyun dersler qurtaracaq?
Qonaq__14966863 - 31.01.2016
Heç nə başa düşmədim valla
Qonaq__16137122 - 31.01.2016
Mən bir müəllimə kimi hesab edirəm ki,isti yay günlərində 14 gün uzatmaqdansa,sentyabrın 1-i dərs başlasa daha yaxşı olar.əlbətdəki nazirimiz bizdən daha yaxşı bilər.
Qonaq__14698275 - 31.01.2016
Köhne melumatdir!!!!!!!
Qonaq__16132765 - 31.01.2016
Bu 2015/2016-cı tədris ilinəmi aiddir?
Qonaq__16132973 - 31.01.2016
Isti havada iyun ayini nezerde tuturam 30 -35. Temperaturda. dersden gunorta chixib eve qayitmaq ve ya derse getmek ne qeder duzgundu ushaqlar uchun ? Bes bunu kim fikirleshecek niye burasin fikirleshen yoxdu ushaqi gun vurmayacaq onsuzda goyden alov yagir da sinfin istisini demirem uzun sozun qisasi yixil ol milleti fikirleshen yoxdu.10 gun novruz tetili oldu da daha. 5 gun mayi niye uzatmaq saqqiz kimi kime lazimdI
Qonaq__16131727 - 31.01.2016
İndi başa düşmədim dərslər nə vaxt bağlanacaq?
Qonaq__16131435 - 31.01.2016
Hec ne basha dushmedim bes onda tetil niye teze ganuna esasen verildi kohne gayda ile olsrdi da
Qonaq__15541194 - 31.01.2016
Bəs niyə tətil 26 yanvarda oldu əvvəlki kimi olmadı
Qonaq__16006246 - 31.01.2016
Tarixnadiri hamisini oxumuşam.amma bundan hec zad başa düşmedim))
Qonaq__15850206 - 31.01.2016
bu xəbər dəqiqdir ki,31 mayda bağlanacaq
Qonaq__16129039 - 31.01.2016
Mən başa düşmədim indi 31 i bitəcək yoxsa 15i? 2016-cı il hansı tarixdə bitəcək dərslər?
Qonaq__14250494 - 31.01.2016
Əladır.
Qonaq__14796860 - 31.01.2016
Ders 1 sentyabr başlayıb , 31may qurtarsa daha yaxşı olar!
Qonaq__15978205 - 31.01.2016
5 günlük yaz tətili 1-4 siniflərin hər birinə şamil edilir?
Qonaq__15932346 - 31.01.2016
iyunun 14 də bitəcəyinə sentiyabrın 1 dən başlasa yaxşı olar.Dərslər 31 mayda başa çatmağını istərdim.Bir valideyn olaraq.
Qonaq__14936567 - 30.01.2016
BU YAXŞİ OLDU YAYDA UŞAQLAR YORULUR
Qonaq__16119944 - 30.01.2016
Ele bu tarixlede mayin 31 -i qurtarsin. Onsiz ders devamiyyeti zeif olacag. Keyfiyyet gozlemek olmaz uwaqlardan...
Qonaq__16119121 - 30.01.2016
Deməli,tədris proqramlarında sixışdirılma (qarışıqlıq) yaranacaq

Öz şərhinizi yazın

Bağla
.....