Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist

Olimpiadada maraqlı olanların nəzərinə

Olimpiadada maraqlı olanların nəzərinə

Azərbaycanda fənn olimpiadaları başlayır. Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanvarın 17-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi keçiriləcək. 27 500-dən çox şagirdin iştirak edəcəyi bu bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif məktəblilələri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt verilir.

Rayon (şəhər) mərhələsinin nəticələri ən geci yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcək. Nəticələrə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə toplayan ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

İnformatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlər www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək online müsabiqədə iştirak edəcəklər. Rayon (şəhər) mərhələsinin informatika fənni üzrə tapşırıqları qeyd olunan saytda 17 yanvar 2016-cı il tarixində saat 10:00-dan etibarən nümayiş etdiriləcək. 

İntizarə

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 782 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15928295 (Əlavə edilib: 19.01.2016 22:26:58)
ele 60 faizen cox yazan kecir turu 3 nefer deyirsiz beke 60 faizden azdi usaqlarda onda nolacaq hec bir usaq kecmeyecek 2 ci tura cavab yazinda xahis edirem
Müəllif:Qonaq__15118574 (Əlavə edilib: 19.01.2016 21:55:49)
OKeaniyada apatit ve fosforitin olma sebebin bilen varsa yazsin
Müəllif:Qonaq__13618690 (Əlavə edilib: 19.01.2016 20:14:03)
insallah mende kecerem
Müəllif:Qonaq__13886944 (Əlavə edilib: 17.01.2016 16:32:02)
niye 8-ci sinifler istirak etmir bu olimpiadalarda??
Müəllif:Qonaq__15823924 (Əlavə edilib: 17.01.2016 14:36:31)
Haminiza ugurlar menede insallah cavablar yaxsi olar
Müəllif:_lamiye_ (Əlavə edilib: 16.01.2016 22:27:23)
hımm,maraqlıdır.
Müəllif:Qonaq__15848861 (Əlavə edilib: 16.01.2016 18:13:51)
insallah qalib olaram
Müəllif:Qonaq__15848849 (Əlavə edilib: 16.01.2016 17:13:08)
bayil uzre haradadir
Müəllif:Qonaq__15754070 (Əlavə edilib: 15.01.2016 20:19:30)
sagirdler eziyyet cekib qalib olurlar amma bunu deyerlendirmirler,ne menasi var, sag ol demirler,deyirler borcundur,ne ise...
Müəllif:Qonaq__15823026 (Əlavə edilib: 15.01.2016 16:14:22)
inwallah 3tura kecerem

Öz şərhinizi yazın

Bağla
.....