Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist

Müəllimlər nə qədər maaş alır (digər ölkələrdə)?

 

Müəllimlər nə qədər maaş alır (digər ölkələrdə)?

ABŞ-da müəllimlik qadın peşəsi olaraq görülür. Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxa bilər. 

Almaniyada isə müəllimlərin tək məcburiyyəti öz iş yerlərini özlərinin tapmaq məcburiyyətində olmalarıdır. Müəllimlik bu cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2-3 min dollar arasında dəyişir. 35 illik müəllimlik stajı olan şəxslər 63 yaşında təqaüdə ayrılırlar.

Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda ortalama olaraq 2500 dollar maaş alırlar. Pensiya yaşı isə 55 olaraq qəbul olunur müəllimlər üçün. 

Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq bank işçiləri ilə eyni maaşı alırlar. 10 sentyabr Çində müəllimlər günü olaraq qeyd olunur.

Fransada praktikant müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2 min 500 dollar maaş alır. Müəllimlər üçün müxtəlif karyera qrupları var. Həmçinin onlara öyrədici fəaliyyətlər üçün əlavə vəsait verilir. Pensiya yaşı minimum 60 yaş olaraq qəbul olunub. 

Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar ətrafında maaş alırlar. Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir.

Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır.///Ölkə.Az 

Aşağıdakı siyahıda bəzi ölkələrdə müəllimlərin orta illik maaşları göstərilib: 

Estoniya 12 306 dollar

Slovakiya 12 858 dollar

Macarıstan 13 115 dollar

Polşa 16 506 dollar

Meksika 19 590 dollar

Çex Respublikası 20 185 dollar

Çili 23 623 dollar

Türkiyə 25 189 dollar

İslandiya 26 991 dollar

İsrail 27 174 dollar

Yunanıstan 28 184 dollar

Sloveniya 32 193 dollar

İtaliya 32 969 dollar

Fransa 33 152 dollar

İsveç 34 387 dollar

Norveç 37 585 dollar

Finlandiya 37 886 dollar

Avro bölgəsindəki 21 ölkə ortalaması 38 602 dollar

Portuqaliya 39 424 dollar

İspaniya 41 339 dollar

Avstriya 41 633 dollar

Yeni Zelandiya 41 755 dollar

İngiltərə 44 269 dollar

Belçika (Fransız danışan bölgə) 44 407 dollar

Belçika (Alman danışan bölgə) 45 413 dollar

Yaponiya 45 741 dollar

ABŞ 46 130 dollar

Şotlandiya 47 984 dollar

Cənubi Koreya 48 251 dollar

Avstraliya 48 522 dollar

Danimarka 50 332 dollar

Hollandiya 52 292 dollar

İrlandiya 54 954 dollar

Kanada 56 349 dollar

Almaniya 58 662 dollar

Lüksemburq 93 397 dollar

Mənbə: http://arqument.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2658 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__16382742 (Əlavə edilib: 19.02.2016 20:52:09)
zehmetimize yaziq
Müəllif:Qonaq__14991208 (Əlavə edilib: 16.02.2016 21:33:10)
Men biologiya muellimiyem,illik 2200m maaw aliram.six muqayise edin[goycay r,lek kendi Ehmed m.
Müəllif:Qonaq__15929876 (Əlavə edilib: 19.01.2016 22:07:17)
minnetdariq buna da sukur.
Müəllif:Qonaq__15848034 (Əlavə edilib: 18.01.2016 21:36:08)
guc dovletleri ile yox qonsu respublikalarla muqayise edin
Müəllif:Qonaq__15898255 (Əlavə edilib: 18.01.2016 18:15:17)
BAŞQASININ PULUNU HESABLAMAQ YAXŞI DEYİL
Müəllif:Qonaq__15747233 (Əlavə edilib: 13.01.2016 14:59:54)
maaslari artircasan?
Müəllif:Qonaq__15729223 (Əlavə edilib: 12.01.2016 19:24:51)
Azerbaycanda ise mellim ailesi acindan olur.Umud eliyek ki azerbaycanda bu olkerin aldiqi maslardan hec olmasa yarisin alsin
Müəllif:Qonaq__15728203 (Əlavə edilib: 12.01.2016 18:38:52)
azerbaycanda illik 1500-2000 dollar
Müəllif:lale888 (Əlavə edilib: 12.01.2016 16:55:31)
yaxsidi
Müəllif:Qonaq__15722603 (Əlavə edilib: 12.01.2016 14:02:31)
Bu siyahıya Azərbaycanı niyə salmamısınız? Utandığınızdan?
Bizdə tək-tük müəllimim orta İLLİK maaşı
5.000 MANAT eləyir
Müəllif:Qonaq__15708092 (Əlavə edilib: 11.01.2016 22:28:10)
Azerbaycan
Müəllif:Qonaq__15304075 (Əlavə edilib: 11.01.2016 18:28:38)
Bəs Azərbaycanda orta illik nə qədərdir?
Müəllif:Qonaq__15700400 (Əlavə edilib: 11.01.2016 16:42:16)
azerbaycan illik 1000$ )))

Öz şərhinizi yazın

Bağla
.....