Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu ayın sonunda müəllimlərın maaşları necə dəyişəcək?

Bu ayın sonunda müəllimlərın maaşları necə dəyişəcək?

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın 12 bölgəsində - 9 rayon və 3 şəhərinin diaqnostik qiymətləndirmədən keçən və yanvarın 1-dən maaşları artırılan müəllimlər əmək haqlarına artımlarını yanvarın sonunda əldə edə biləcəklər.

Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında ölkənin 12 rayon və şəhərində keçirilən diaqnostik qiymətləndirmədə 25693 müəllim iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndrimədən keçə bilməyib. Buna görə də həmin müəllimlərin əmək haqları yanvar ayından artırılmayacaq.

İ.Nağıyev əlavə edib ki, əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.

İ.Nağıyev qeyd edib ki, TN əmək haqları artırılacaq müəllimlərin təsdiqlənmiş adlı siyahısını bu günlərdə yerli rayon, təhsil şöbələrinə göndərməyi planlaşdırır: "Yanvar ayının sonunda həmin müəllimlərin əmək haqlarının dərs yükünə uyğun olaraq, artırılması planlaşdırılır”.

Nazirlik rəsmisinin sözlərinə görə, artımın məbləği konkret olaraq, müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali, yoxsa orta ixtisas təhsilli olmasından, fəxri adının olub-olmamasından, sinif rəhbəri olub-olmamasından və digər bir necə meyardan asılı olacaq: “Bunlardan asılı olaraq, əmək haqları 30-40 faiz artırılacaq. Əmək haqları daha çox, yəni 40 faiz artırılan pedaqoji stajı çox, fəxri adları olan müəllimlər olacaqlar. 10-cu ixtisas dərəcəsi üzrə işləyən, ali məktəbi yeni bitirən, stajı olmayan müəllim köhnə sistemlə 1 stavka, yəni 12 saat dərs deyəndə onun əmək haqqı 160 manata yaxın olurdu. Amma yeni meyarla hesablandıqda ali məktəbi yeni bitirən məzunun dərs yükü norması artıq yeni qaydalarla - 18 saatlıq stavka üzrə hesablanacaq. Yeni sistemlə onun əmək haqqı 18 saata görə 310 manat olacaq. Amma müəllim 18 saat deyil, 6 saat da, yaxud 24 saat də dərs deyə bilər. 24 saat dərs dedikdə müəllim artıq 310 manat deyil, daha yüksək əmək haqqı alacaq”.

İ.Nağıyev qeyd edib ki, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimin nəticəsi onun əmək haqqında birbaşa rol oynamasa da, dolayısı ilə rol oynayır: “Çünki yüksək nəticə göstərən müəllimin dərs yükü az nəticə göstərəndən çox olur. Yəni, nəticə etibarilə həmin müəllimin əldə etdiyi məbləğ daha yüksək olur. Digər tərəfdən, əmək haqqı artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil olunsa da, qiymətləndirmənin əsas məqsədlərindən biri əmək haqlarının artırılması deyil. Əsas məqsəd müəllimin bilik və bacarığını öyrənmək, ixtisasartırma kurslarının artıq ünvanlı olaraq təşkil edilməsidir. Biz nazirlik olaraq, müəllimlərin differensial əmək haqqı sisteminə keçidi planlaşdırırıq. Bu sistemə keçid zamanı müəllimin yalnız indiki kimi dərs yükü, stajı, təhsili deyil, artıq onun bilik və bacarıqlarının da nəzərə alınması planlaşdırılır”.

Mənbə: http://az.trend.az

Dostlarınızla paylaşın!

Bu səhifə 4605 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__27059997 (Əlavə edilib: 31.08.2017 00:56:04)
13 il stajim var ders yukum 14 saatdir maasim necə manat olar
Müəllif:Qonaq__15974133 (Əlavə edilib: 31.01.2016 14:58:43)
muellimler dq-dan imtahan verdi devalivasiya 70 faiz oldu.buna gere muellimler gözlerinin nurunu tökub hazirlaşib ders oxuyurdular?heç de haminin sinif rehberliyi ;18 saat dersi yoxdur .12saat ders hereye gücle catir.kecen illerde imtanan verenlerin maaşi yaxşica artdi 2015-de intahan verenlerin maaşiniise devalivasiya heç eledi .onsuzda bunu hami bilirde her sinifde5-6-7 nefer şagird digerlerine nisbetenyaxşi oxuyur.mekteb kurikuluma göre ne bilikyönümlüdür; ne fenn yönümludür-heç müellim yonümlü de deyildir-sadece şexsiyyet yönümlüdür.-bele olanda daha muellimden ne isteyirler
Müəllif:Qonaq__15518806 (Əlavə edilib: 17.01.2016 00:14:13)
Bu suallarin cavabi hansi sayittadir .Bilen var?
Müəllif:Qonaq__15640451 (Əlavə edilib: 16.01.2016 11:46:14)
11 İL İÜLÜYEN MÜƏLLİMİN (Diaqnostiq qiymətlənmədən kecib) DAN KECİB 1 oklad dersi ( 18 saat) məbləgi ne qederdir
Müəllif:Qonaq__13213445 (Əlavə edilib: 15.01.2016 19:16:53)
Salam.Qazax ve Aqstafada muellimlerin sinaq qiymetlendirilmesi ne vaxt aparilacaq.Xahis edirem cavablandirasiniz.
Müəllif:Qonaq__15732423 (Əlavə edilib: 12.01.2016 21:30:19)
mingecevir seherinde mellimlerin diaqnostik qiymetlendirilmesi ne vaxta pilanlasdirilib

]
Müəllif:Qonaq__14114236 (Əlavə edilib: 10.01.2016 17:57:47)
yaxsidi
Müəllif:Qonaq__15660299 (Əlavə edilib: 09.01.2016 22:26:25)
Hörmətli cənab nazir!
İlk peşə ixtisası təhsili müəssisələrində müəlimlərin diaqnostik qiymətləndirilmədən keçirilməsi nəzərdə tutulubmu?
Əgər nəzərdə tutulubsa bu nə vaxt həyata keçiriləcək?
Nailə Babayeva
Müəllif:Qonaq__15658468 (Əlavə edilib: 09.01.2016 21:00:16)
Mənim 6saat dəsim var,məktəbdə musiqi muəlliməsi tək mənəm, əgər qiymətləndirmədə yuksək nəticə gostərsəm, 6 saata nə qədər maaş alaram
Müəllif:Qonaq__14647222 (Əlavə edilib: 09.01.2016 20:35:33)
Salam. Eger men hem Ingilis dili muellimiyem very hem de psixoloqamsa muessedeve diaqnostik qiymetlendirmeden Kevin yuksek bal yigmishamsa,menim tekce sets yukumun maashi artirilmalidir ,yoxsa Psixoloq shtatimin da eyni Amanda maashi artirilmalidir?lutfen sorgumu cavablandirin.
Müəllif:Qonaq__15001798 (Əlavə edilib: 09.01.2016 20:01:19)
Bes rayon muellimlerin maawi ne vaxt artacaq, goresen rayonda qiymetler artmayib ki?
Müəllif:Qonaq__14644767 (Əlavə edilib: 09.01.2016 14:58:27)
temas xettinde yasayan muellimler imtahan verecekmi.bu barede yazin
Müəllif:Qonaq__15624422 (Əlavə edilib: 08.01.2016 00:35:42)
çox yaxşı, bəs biz lənkəran müəllimlərinin maaşı nə vaxt qalxacaq, biz də istəyirik ki , imtahan verək, maaşlarımız artsın.

Öz şərhinizi yazın

Bağla
.....