Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

XI siniflərin buraxılış imtahanlarında nə dəyişdi?

XI siniflərin buraxılış imtahanlarında nə dəyişdi?

İmtahanın nəticələri 5 günədək müddətdə elan edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) kollegiyası “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”na dəyişiklik edib.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, bu qaydalar ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir.

Ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ümumi təhsil pilləsinin ümumi orta (IX) və tam orta təhsil səviyyələrini başa vuran (XI) təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) TQDK tərəfindən aparılır. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalası üzrə qiymətləndirilir.

İndiyə qədər tam orta təhsil səviyyəsində (XI sinif) buraxılış imtahanında 5 ballıq şkala üzrə xarici dil/kimya fənləri üzrə 0-5 suala düzgün cavab 2 bal, 6-15 suala düzgün cavab 3 bal, 16-24 suala düzgün cavab 4 bal qiymətləndirilib. Dəyişikliyə əsasən bundan sonra isə tam orta təhsil səviyyəsində imtahanda xarici dil/kimya fənləri üzrə 0-6 suala düzgün cavab 2 bal, 7-24 suala düzgün cavab 3 bal, 17-24 suala düzgün cavab 4 bal qiymətləndiriləcək.

Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

Mənbə: http://azxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 3475 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__16362320 (Əlavə edilib: 14.02.2016 17:23:31)
cox cetim
Müəllif:Qonaq__15924936 (Əlavə edilib: 19.01.2016 17:42:28)
Menim fikrimce 7-24 evezine 7-16 olmalidir
Müəllif:Qonaq__15533383 (Əlavə edilib: 16.01.2016 19:16:16)
deyiwdirende de duzemel deyiwdirmirler
Müəllif:Qonaq__15648717 (Əlavə edilib: 09.01.2016 10:09:17)
cox yaxsi
Müəllif:Qonaq__15081748 (Əlavə edilib: 07.01.2016 22:20:05)
menasiz seydi
Müəllif:Qonaq__15529207 (Əlavə edilib: 07.01.2016 13:47:12)
2 qiymeti gelen sagirde atestat verilir
Müəllif:Qonaq__15128404 (Əlavə edilib: 04.01.2016 17:48:05)
Dəyişikliyə əsasən bundan sonra isə tam orta təhsil səviyyəsində imtahanda xarici dil/kimya fənləri üzrə 0-6 suala düzgün cavab 2 bal, 7-24 suala düzgün cavab 3 bal, 17-24 suala düzgün cavab 4 bal qiymətləndiriləcək.
7-24 suala 3 bal? 17-24 suala - 4 bal Necə başa düşək?
Müəllif:Qonaq__15530433 (Əlavə edilib: 03.01.2016 12:58:27)
GOZELL
Müəllif:Qonaq__15516123 (Əlavə edilib: 02.01.2016 18:12:42)
bu nə dərəcədə doğrudur ki,7 suala cavab yazan da ,24 suala cavab yazan da 3 qiymət alsın?
Müəllif:Qonaq__15512213 (Əlavə edilib: 02.01.2016 13:46:00)
Menim oxudugum mektebde 2 ildi ingilis dili fenni tedris olunmur.Ixtisasli kimya muellimide yoxdu.
Ama men ali mektebe hazirlasiram xarici dil ingilis dilidi.
Men buraxilis imtahanini hansi fenden verecem???
Müəllif:Qonaq__15509774 (Əlavə edilib: 02.01.2016 09:30:23)
Nə dəyişirsə yaxşılığa doğru dəyişmir
Müəllif:Qonaq__15472895 (Əlavə edilib: 01.01.2016 14:49:57)
Kimyadan niye imtahan vermirler? Kecen il ingilis dili olub de
Müəllif:Qonaq__15477140 (Əlavə edilib: 31.12.2015 01:54:49)
Yazmısınız ki,7-24 suala düzgün cavab 3 bal,17-24 suala düzgün cavab 4 bal (düzeldin bunu)
Müəllif:Qonaq__15475770 (Əlavə edilib: 30.12.2015 23:42:46)
qiymetler yaxwi olsa koolece duwmek olar atestat imtahani ile?

Öz şərhinizi yazın

Bağla
.....