?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Təhsil haqları devalvasiyaya görə necə dəyişəcək?

207-tehsil-haqlari-devalvasiyaya-gore-nece-deyisecek-1

“Ölkədəki ciddi qiymət artımını nəzərə alsaq, universitetlərdə bəzi ixtisaslar üzrə qiymət artımı gözləniləndir”

“Dövlət Universitetlərindən Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil haqlarının artırılması gözlənilə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu ali təhsil müəssisələri maliyyələşməni özləri həyata keçirir, dövlətdən maliyyə almırlar və dövlət universiteti olmalarına baxmayaraq bütün maliyyə ödənişlərini tələbələrin təhsil haqlarından gələn gəlir əsasında həyata keçirirlər: “Bir sıra özəl ali məktəblər isə qanunvericiliyə uyğun olaraq ayrı-ayrı ixtisaslar üzrə təhsil haqqının müəyyənləşdirilməsini özləri tərəfindən həyata keçirirlər. Bu zaman onlar mütəxəssis hazırlığına çəkilən xərcləri və cəmiyyətdə ixtisasa tələbatı əsas götürürlər. Nəzərə alsaq ki, tədrislə məşğul olanların qiymət artımına görə xərcləri artıb, deməli təhsil haqlarının artırılması qaçılmazdır. Çünki, təhsil müəssisələri təkcə təhsil xərcləri yox, həm də təmir, tikinti və daxili xidmət üçün fəaliyyətlərini də öz vəsaitləri hesabına həyata keçirirlər. Bazarda qiymətlər artdığına görə bu da ali təhsil müəssisələrinə əlavə xərclərə səbəb olacaq. Ona görə də bu müəssisələr maliyyə itkilərini təhsil haqlarını qaldırmaqla kompensasiya edəcəklər. Qiymət məsələsi ali təhsil müəssisləri tərəfindən təklif kimi verilir və TQDK buna baxdıqdan sonra təsdiqlənir. Ola bilsin ki, TQDK bu artımları qəbul etməsin”.

“Amma burada bir ziddiyyətli məqam var. Azərbaycanda 2016-cı ildən ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv edilməsi ilə bağlı qərar var. Məlum olduğu kimi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti 2015-2016-cı illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir. Burada nəzərdə tutulmur ki, ali məktəblərin qəbul yerlərinə məhdudiyyət olmayacaq. Sadəcə, hər bir ali təhsil müəssisəsində hansı sayda tələbənin oxuması müəyyənləşdiriləcək. Bu onu göstərir ki, qarşıdakı illərdə təhsil haqları ilə bağlı ciddi addımlar gözlənilir. Nəzərə alsaq ki, qonşu ölkələrdə təhsil haqları Azərbaycandan dəfələrlə aşağıdır və orada devalivasiya olsa belə bunun təhsil haqlarına təsiri olmur, o zaman bizim tələbələrimiz yüksək qiymətlərə burda oxumaqdansa, ucuz qiymətə xarici ölkələrdə oxumağı üstün tutacaqlar”.

“Mən belə hesab edirəm ki, dövlət ali təhsil müəssisələrinin itkilərini kompensasiya edəcək və imkan verməyəcək ki, təhsil müəssisələri təhsil haqlarını artırsınlar. Çünki, bu hal baş verməsə, Azərbaycanda təhsil alanların sayı ciddi şəkildə azala bilər. Bu da həm maliyyə itkisinə həm də beyin axınına səbəb olacaq”.

Tofiq

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2088 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__15534458 - 03.01.2016
Eger odenisler qalxsa onda yaziq kasib savadlı usaqlar. Oxuya bilmeyecek. Umumiyyetle savadsizliq bas alib gedecek. Yada xaricə axin coxalacaq. Xaricdə oxuyan telebe hec vaxt karyerasini qayıdıb vetende qurmayacaq. Bunun ise ne demek oldugunu hami gozel bilir
Qonaq__12944139 - 26.12.2015
2016 2017 ci tədris ilindən tutaqki abituriyent 520 baç toplayıb və tibb universitetinin əvvəlki illərin şərtinə görə ödənişli oxuya bilərdi amma həmk 2017 ci ildə 520 bal toplayacaü abituriyent ödəni siz təhsil ləğv edilərsə tibbdə oxuys bilməyəcək bəyəm bu nə deməkdir?

Öz şərhinizi yazın

Bağla
.....