Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Orta məktəblərdəki tibb bacılarına aid yenilik

Orta məktəblərdəki tibb bacılarına aid yenilik

Azərbaycanda tam orta məktəblərdə işləyən tibb bacılarının bilik və bacarıqlarının artırılmasına başlanılıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı"na əsasən, məktəblilərin sağlamlıqlarının mühafizəsi və onları zərərli vərdişlərdən çəkindirmək üçün nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən müxtəlif maarifləndirici tədbirlərin təşkili davam etdirilir.

Bununla əlaqədar Təhsil Nazirliyinin "Sağlam təhsil - sağlam millət" proqramı çərçivəsində İSİM-in dəstəyi ilə 2 №-li Bakı Baza Tibb Kollecinin nəzdində təhsil müəssisələrində tibb məntəqələrinin feldşer və tibb bacıları üçün nümunəvi tematik təkmilləşdirmə kursu yaradılıb.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1257 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....