Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Şagirdlərdən cərimələri kimlər yığacaq?

Şagirdlərdən cərimələri kimlər yığacaq?

Azərbaycanda dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə şagirdlərin valideynlərini 100 manat miqdarında cərimələyəcək orqanlar müəyyənləşdirilib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 32-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2015-ci il tarixli fərmanında əksini tapıb.

Fərmana əsasən, bu xarakterli inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxacaq.

Qeyd edək ki, Milli Məclis dekabrın 4-də İnzibati Xətalar Məcəlləsində dəyişiklik barədə qanun qəbul edib. Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə 51.1-1. maddəsi əlavə edilib. Həmin maddədə qeyd edilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər yüz manat miqdarında cərimə ediləcəklər.

Fərmanda Nazirlər Kabinetinə dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə inzibati cəriməni istisna edən səbəbləri müəyyən etmək də tapşırılıb.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 816 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15459881 (Əlavə edilib: 29.12.2015 23:15:40)
Belə hesab edirəm ki, bu yarımçıq bir qərardır. Həm valideyn, həm də məktəb rəhbərinin marağı üst-üstə düşdükdə qayıblar qeydə alınmayacaq, bu səbəbdən də qərarın heç bir təsiri olmayacaq. Direktorların da bu işdə məsuliyyəti(ən azı cərimə şəklində) qeyd edilməlidir ki, bu cür yanaşmaya maraq göstərməsinlər.
Müəllif:Qonaq__15092472 (Əlavə edilib: 11.12.2015 12:14:05)
Valideyinin uşağı məktəbdən yayındırması,qaraçıları çıxsaq heç kimə sərf etmir. Hamı balasını savadlı görmək istəyir. Amma valideyin uşaqa onun oxuması üçün lazım olan şərait yarada bilmir.İşsizdi laım olan hər şey bahadı ala bilmir Uşaqda ona görə gedmək istəmir məktəbə.Valideyində bir söz deyəndə deyir mənim hüququmu pozma Valideyin neyləsin bu vəziyətdə 100azn hardan verəcək.Onsuzda krediti ödəyə bilmirlər.
Müəllif:Qonaq__15060732 (Əlavə edilib: 10.12.2015 20:56:32)
yaxsi elemisiz ela fikirdi
Müəllif:Qonaq__14615314 (Əlavə edilib: 09.12.2015 06:58:33)
Maraqlidir.esas meqsed nedir?
Müəllif:Qonaq__13253014 (Əlavə edilib: 08.12.2015 23:05:54)
Əla
Müəllif:Qonaq__14924936 (Əlavə edilib: 08.12.2015 19:04:37)
Şagird hər gün məktəbə gəlib, hər gün 3, 4, 5 -ci dərsdən sonra dərsdən qaçarsa, bu necə dəyərləndirilər?

Öz şərhinizi yazın

Bağla
.....