?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Uşağı döyə-döyə oxutdurursansa, ondan hansı nəticə əldə etmək olar?

Uşağı döyə-döyə oxutdurursansa, ondan hansı nəticə əldə etmək olar? - 1

Xəbər verdiyimiz kimi, dünən Milli Məclisdə Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimə olunması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə görə, şagird tərəfindən 1 ay ərzində 7 gündən çox dərs buraxılmasına görə valideynə 100 manat miqdarında cərimə tətbiq edilir.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abıyev sözügedən qanun layihəsini sərt tənqid edib.

AzNews.az-a açıqlama verən deputat təhsilin cərimə ilə idarə olunmasının yalnış addım olduğunu bildirib:

"Dünya təcrübəsində belə şey olmayıb. 60 ildir ki, təhsil sahəsində fəaliyyət göstərirəm, amma bu barədə eşitməmişəm. Təhsil sistemi hara, cərimə hara? Cərimə ilə təhsil sistemini yaxşılaşdırmaq olmaz. Bunun üçün başqa çarə tapmaq lazımdır".

A.Abıyev qeyd edib ki, şagird üzrsüz səbəbə görə dərs buraxırsa, dərslərdə iştirak etmirsə, demək ki, oxumaq istəmir: "Şagird oxumaq istəmirsə, onu məcbur etmək olmaz. Özümüz də azad ölkədə yaşayırıq. Kim nə istəyir, onu da edir. Oxumaq istəmirsə, oxumasın, nə edək? Niyə onu güclə oxutdurursunuz? Bizə fəhlə lazım deyil? Hamı oxumaz ki. Oxumaq istəmirsə, niyə onu cərimə edirsiniz? Cərimə ilə oxuyan şagird gələcəkdə kim olacaq? Onu döyə-döyə oxutdurursansa, ondan hansı nəticə əldə etmək olar? Kölədən alim olarmı!?"

Deputat vurğulayıb ki, sabah Milli Məclisin plenar iclasında bununla bağlı məsələ qaldıracaq: "Sabah bununla bağlı Milli Məclisdə məsələ qaldırıb sözümü deyəcəyəm. Döyə-döyə, cərimə ilə şagird oxutdurmazlar. Bu, sadəcə gülməlidir".

Qeyd edək ki, təhsil eksperti Əjdər Ağayev də bu qanun layihəsini qəti şəkildə pisləyib. "Təhsilşünaslıqda, pedaqogika elmində cəzalandırma və rəğbətləndirmə tələbləri var. Dediyiniz təklif irəli sürülərkən bu tələblər nəzərə alınmayıb. Bu məsələyə görə məsuliyyət məktəbin və məktəbə nəzarət etməli olan qurumların üzərinə düşür. Əgər məktəb təlim-tədris işini normal qursa, tərbiyəvi tədbirlər keçirsə, maraqlı olsa, şagird qarşısına qoyduğu hədəfə nail olmaq üçün istədiyini məktəbdən alsa məktəbdən yayınarmı? Yayınmaz. Bu məsələdə günahkar olan tədris işini təşkil edən şəxslərdir", - deyəekspert etiraz edib.

Xatırladaq ki, Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinə cərimə tətbiq olunması ilə bağlı məsələ dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1401 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__13214551 - 19.12.2015
Mən tam olaraq bu fikirlərlə razıym.
Qonaq__15187655 - 16.12.2015
Hormetli teputatimizin fikrine cox hormetle yanasiram,ancaq isteyerdim fehlede olsa savadli fehle olsun olkemizde. Cunki savadsiz adamlari cox asanliqla cahilliye surukleyirler.
Qonaq__15172366 - 15.12.2015
salam. bir az gulmeli gelir cerme qanunun muzakiresi.
Qonaq__13591859 - 15.12.2015
Beli doğru fikirlərdir raziyam
Qonaq__15076670 - 10.12.2015
"Dünya təcrübəsində belə şey olmayıb."

Təhsil sahəsində 60 il işləyib, dünyadan xəbəri yoxdu. Dərsi buraxmaya görə cərimə çox ölkədə var. Misalçün Britaniyada 1 gün dərs buraxsan 60 funt sterlinq ödəməlisən məktəbə.

Boşboğaz...
Qonaq__14721491 - 07.12.2015
mence de duz deyirler doye-doye adam oxutdurmazlar
Qonaq__13094487 - 07.12.2015
Mence mueyyen yawa qeder uwaq oxumaqin lazim olduqunu derk elemir ona gore de mecburiyyet lazimdi beyem siz ozunuz sovet doneminde oxmamisiniz onda da tehsil mecburi idi neyi pis idi fehle de tehsilli olmalidi
Qonaq__14979358 - 06.12.2015
sagolun
Qonaq__14976841 - 06.12.2015
Cerime meselesi cox gulmeli di
Qonaq__14951383 - 04.12.2015
Heç kimi anasi döyməməlidir.Bu haminin borcudu.
Qonaq__14467823 - 04.12.2015
Şagird qarşısına qoyduğu hədəfə nail olmaq üçün təhsil aldığı müəssisədə də lazımi bilik toplaya bilər bunun üçün məktəblərin maddi texniki bazasını artırmaq lazımdır və müəllimlərin əmək haqqını artırmaq da buraya daxil edilməlidir ki şagird repetitor yanına qaçmasın bir də yalançı reklamlardan pafoslu çıxışlardan uzaq olub reallığı görmək lazımdır

Öz şərhinizi yazın

Bağla
.....