?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Nizami Gəncəvinin şəkilini kim çəkib?

Nizami Gəncəvinin şəkilini kim çəkib?
.jpg" alt="Nizami Gəncəvinin şəkilini kim çəkib? - 1" width="578" height="405" />

Bu şəklin Azərbaycanın dahi şairi Nizami Gəncəviyə aid olduğunu hamı bilir. Amma şəkildə təsvir olunan şəxs gerçəkdən də Nizami Gəncəvidirmi? 12-ci əsrdə yaşamış şairin şəklini kim çəkə bilərdi? Şəkil dövrümüzə necə gəlib çatıb?

Tarixçi Araz VəliyevModerator.az-a bu şəkillə bağlı maraqlı fakt təqdim edib. Onun sözlərinə görə, 1939-cu cu ildə Azərbaycan SSR Mərkəzi Komitəsi tərəfindən dahi şair Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi qərara alınır. Amma bu yuileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkil olmur. Buna görə də müsabiqə elan olunur, ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar işə cəlb olunur, müxtəlif variantlarda Nizaminin portretini çəkirlər. Nizamişünas-Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxmini necə olduğunu dedikdə dahi bəstəkar Üzeyir Hacıbəylinin ağlına bir ideya gəlir və təklif irəli sürür. Üzeyir Hacıbəyli "siz dediyiniz parametrlərdə Ağcabədidən bir axund tanıyıram" deyir və həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini yaradaraq müsabiqənin qalibi olur. Beləcə Nizami Gəncəvinin bu gün istifadə olunan şəkli yaranır...

Mənbə: http://www.moderator.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1641 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__15488886 - 31.12.2015
maraqli idi bu barede oxumaq
Qonaq__14991979 - 07.12.2015
SAGULUN ELA FAKTDIR

Öz şərhinizi yazın

Bağla
.....