Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Fənlərin Dostluğu Olimpiadasında iştirak edin və böyük hədiyyələr qazanın

 

Fənlərin Dostluğu Olimpiadasında iştirak edin və böyük hədiyyələr qazanın

Dekabrın 13-ü Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Hədəf Nəşrlərinin təssisçiliyi ilə məktəblilər arasında Fənlərin Dostluğu Olimpiadası keçiriləcək. Olimpiadada 9-10-cu sinif şagirdləri iştirak edə bilərlər. Bunun üçün dekabrın 11-nə qədər inteqrasiya.az saytından pulsuz qeydiyyatdan keçmək lazımdır. Azərbaycan dilində keçiriləcək Olimpiadada iştirakçılar 2 saat müddətində 50 sualı cavablandıracaqlar.  İlk 10-cu yeri tutan gənclər aşağıdakı kimi mükafatlandırılacaq.  

I yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

Hədəf kurslarında bir illik 100% güzəştlə təhsil alma imkanı

II yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

Hədəf Kurslarında bir illik 75% güzəştli təhsil alma imkanı

III yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

Hədəf Kurslarında bir illik 50% güzəştli təhsil alma imkanı

IV-X yer* –  “OYAL”dan və “Kitabevim.az”dan hədiyyə paketi,

Hədəf Kurslarında bir illik  30% güzəştli təhsil alma imkanı əldə edir. 

Qeyd edək ki, Olimpiada Təhsil Problemləri İnstitutu, Azərbaycan Universiteti və “Hədəf Kurslarının təşkilatçılığı ilə keçiriləcək. Tədbirin sponsorları, “OYAL”, Medika Hospital, Kitabevim.az, İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi, informasiya dəstəkçiləri isə “OTV”, Senet.az, Azpress.az-dır.

Dostlarınızla paylaşın!

Bu səhifə 874 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__14999713 (Əlavə edilib: 07.12.2015 21:59:04)
İmtahan harda olacaq
Müəllif:Qonaq__14905530 (Əlavə edilib: 04.12.2015 18:42:49)
salam.bilmek isterdim ki bu olimpiada harada kecirilecek? regionlara da wamil olunurmu?
Müəllif:Qonaq__13769339 (Əlavə edilib: 03.12.2015 21:00:29)
Men 7-ci sinife gedirem
7-ci sinif üçün olsa men iştirak ederem
yaxşıda oxuyuram
Müəllif:Qonaq__14910288 (Əlavə edilib: 02.12.2015 23:57:49)
olimpiyadaya daxil olmaq isteyirem

Öz şərhinizi yazın

Bağla
.....