Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

500 müəllim Bakıda iki məktəbə niyə yığışacaq?

500 müəllim Bakıda iki məktəbə niyə yığışacaq?

Təhsil Nazirliyinin dəstəyi ilə "İnkişaf" Elmi Mərkəzi "Müəllimlər üçün peşə standartlarının hazırlanması" layihəsini həyata keçirir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən xəbərə görə, pilot layihə çərçivəsində müəllimlərin peşə standartları müəyyənləşdirilir.

Məlumata görə, hazırlıq prosesində olan standartlar üzərində təcrübə aparılır, peşəkarların fikirləri öyrənilir. Eyni zamanda, hazırlanmış peşə standartlarının obyektivliyini və validliyini müəyyənləşdirmək məqsədi ilə müəllimlər tərəfindən anonim qiymətləndirilməsi də nəzərdə tutulur.

Bu məqsədlə noyabrın 20-də ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində dərs deyən 500 nəfər Azərbaycan dili və 500 nəfər riyaziyyat müəllimi 2 mərkəzdə (18 və 220 nömrəli tam orta məktəblər) toplanaraq peşə standartlarının müəyyənləşdirilməsində və anonim qiymətləndirilməsində iştirak edəcək: "Bu standartlar "Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi"nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların göstərilməsinə xidmət edəcək və Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verəcək.

Eyni zamanda, müəllimlərin peşə standartlarının hazırlanması Azərbaycanda müəllim heyətinin müasir tələblərə cavab verməsində rol oynayacaq. Bu standartların hazırlanması müəllim kompetensiyalarının inkişafının istiqamətləndirilməsinə, müəllim peşəsinin nüfuzunu artırılmasına zəmin verəcək, həmçinin, hər bir müəllimə dünya təcrübəsinə yiyələnmək imkanı yaradacaq".

Qeyd edək ki, layihənin icrası müddətində dərslərin müşahidəsi və hədəf qruplarda müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2860 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__14966796 (Əlavə edilib: 05.12.2015 19:22:53)
kendlerde ele muellimler var ki hem medeni ,hem de intelekt seviyyesi sizden qat qat yuksekdi.ziyaliyiq insani tehqir etmeyin.medeniler
Müəllif:Qonaq__14750420 (Əlavə edilib: 24.11.2015 20:07:27)
Mən sınaq qiymətləndirməsində iştirak edəndə orada olan nəzarətçinin biri üzünü 300 müəllimə tutub dedi özünüzü müəllim kimi aparın.halbuki bu təhqirə heç bir səbəb yox idi.nəticədə əsəbiləşib imtahanı tez tərk etdim 62 faizli nəticə ilə.sonra məni bu nəticəyə görə 4 ay təkmilləşməyə kursa göndərdilər.sertifikat verdilər.sertifikatı alan gün yenidən kursa çağırdılar dedilər o kurs sayılmır orda yaxşı dərs keçmirlər.4 ayda mənə dəymiş maddi və mənəvi ziyanı kim ödəməlidir .indi yenə kursa gedirəm .amma kurs məni qane etmir .müəllimləri təkmilləşmə institutunda bundan yaxşı dərs izah olunurdu.mən elə başa düşürəm ki bunlar xəstədirlər.təhsili geri aparırlar .....
Müəllif:Qonaq__13214555 (Əlavə edilib: 22.11.2015 21:19:20)
Muellimleri alcaltmaqdan el cekmeyeceksiniz Tehsile yeni metodlar getirdiz savad artmaqdansa azaldi
Müəllif:Qonaq__14693581 (Əlavə edilib: 22.11.2015 20:10:32)
rayon müəllimləri nə vaxt imtahan verəcək?
heç olmasa maaşımız qalxardı.
Müəllif:Qonaq__14670457 (Əlavə edilib: 22.11.2015 01:56:36)
Muellim ne qeder maash alir ki onu bu qeder incidirler Ayliq maashla aile dolandira bilmir .Muellimi gergin veziyyetde saxlamaq ucun ishini itirmesi ile qorxudurlar Yaziq , bedbext ve huquqsuz muellim
Müəllif: (Əlavə edilib: 21.11.2015 17:59:29)
Gor
Müəllif:Qonaq__14648744 (Əlavə edilib: 21.11.2015 00:22:13)
Ozunuz de cox gozel bilirsiniz ki dovletin dayagi muellimlerdir . Bu gun bu imtahani tewkil eden dunen bugunku muellimlerin wagirdleri olub . Hekimi de , hakimi de , muhendisi de , vezifede oturub ruwvet alaraq xalqin qanini soranlari da , seki
Müəllif:Qonaq__13619128 (Əlavə edilib: 20.11.2015 23:29:53)
Müəllimlərin peşə standartlarını yaratmaq vacibdir .Lakin ondanda vacib məsələlər var .İlk növbədə müəllimlərin Dövlət Qulluqçusu hüququnu tanımaq ,onların əməyinin dəyərini layiqincə vermək . müəllimləri dərsdən kənar əlavə işlərə cəlb etməyi birdəfəlik dayandırmaq lazımdır .
Müəllif:Qonaq__12539460 (Əlavə edilib: 20.11.2015 20:12:25)
Müellim öz insani exlaqı ile şexsiyyat yetiştirmelidir
Müəllif:Qonaq__13091161 (Əlavə edilib: 20.11.2015 17:31:24)
Mən başa düşə bilmirəmki Bu qədər müəllim hissiyatıilə oynamaq nəyə lazım.Müəllimləri bu qədər alçatmaq nəyə lazım .bu müəllim nüfuzunuartırılmasına yox ləyaqətinin tapdalanması deməkdir.Ha təhsilə necə don geydirsənizdə belə getsə təhsilimiz irəli yox geri gedəcək.Bu gün neçə müəllimin imtahan öncəsi özlərinin necə pis hiss etdiklərini gördüm.İş oyerə catıbkı hamı etiraza qalxsın.
Müəllif:Qonaq__14467585 (Əlavə edilib: 20.11.2015 16:09:41)
Yenede ancaq şeher müellimleri.kend müellimi müellim deyilkş,kendçdş.ayagı çarıqlı böyük Firdovsiler yaratmayacaqki....

Öz şərhinizi yazın

Bağla
.....