Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Şagirdlərin saç düzümünə hansı iradlar var?

Şagirdlərin saç düzümünə hansı iradlar var?

Sovet dövründə şagirdlərin geyimləri ilə yanaşı, onların saç düzümlərinə də ciddi nəzarət edilirdi. Oğlanların və qızların saç düzümləri klassik formada olmalı idi. Həmin dövrdəki ciddi nəzarətin nəticəsi idi ki, saçlarını açıq formada qoyan, mövcud standartlarda məktəbə gəlməyən şagirdlər, alınlarını telləri ilə örtən qızların məktəb binasına daxil olmasına icazə verilmirdi. Lakin son dövlərdə bu sahədə nəzarətin zəifləməsi nəticəsində şagirdlər məktəbliyə yaraşmayan saç düzümlərinə üstünlük verərək istənilən saç forması ilə məktəb binasına daxil ola və dərslərdə iştirak edə bilirlər.

Təhsil üzrə ekspert Şahlar Əsgərov Trend-ə verdiyi açıqlamasında bildirib ki, liberal təhsildə təhsilalanlara azadlıq verilməlidir. Amma orta məktəblərdə ümumi işin xeyrinə şagirdlərin geyimlərinə, onların sac düzümlərinə diqqət yetirilməli və onlarla bağlı müəyyən məhdudiyyətlər qoyulmalıdır: “Orta məktəblərdə vahid geyim formasından istifadə ediriksə, onda sac düzümünə də hansısa məhdudiyyət, sədd qoyulmalıdır. Əgər məktəblilərin sərbəst geyim forması olsa idi, onda onların saç düzümləri də sərbəst olardı. Geyimə məhdudiyyət qoyulursa, vahid forma geyimi tətbiq olunursa, onda sac düzümü də bu məntiqə uyğun olmalıdır”.

Bakının Xəzər rayonunun 230 saylı orta məktəbinin direktoru, təhsil eksperti Elşən Qafarov Trend-ə bildirib ki, məktəb sistemində məktəbli formasının tətbiqi, eyni zamanda, standart saç formasının olması, ümumilikdə şagirdin orta məktəbə gəlmə qaydası ilə bağlı konkret təlimat olmalıdır. Bu təlimat məktəblərin nizamnamələrində öz əksini tapmalıdırE.Qafarov deyib ki, özəl məktəblərdə bununla bağlı təlimat olsa da, dövlət məktəblərində belə bir təlimat yoxdur: "Bu isə məktəblərdə çox böyük çətinliklər yaradır. Bu gün əlimizdə elə bir təlimat yoxdur. Şagirdlərə saç forması ilə bağlı iradlar bildirəndə, valideynlər məktəb rəhbərliyinə narazılıq edirlər”.

E.Qafarov bildirib ki, sac forması ilə əlaqədar problem daha çox yetkinlik yaşına çatan qızlarla - 9-11-ci sinif şagirdləri ilə bağlı yaranır: “Qızlar saç düzümlərini məktəbliyə uyğun olmayan formada edirlər. Oğlanlar arasında da məktəbli üçün uyğun olmayan müxtəlif sac düzümlərinin edilməsi halları artıb. Bu da məktəbdə təlim-tərbiyə işlərinin qurulmasında əlavə problemlər yaradır. Son zamanlar oğlanlar arasında yeni dəb düşüb. Oğlanlar göy rəngli şalvar geyinsələr də, onları daraldırlar, nəticədə isə çox eybəcər bir forma yaranır”.

E.Qafarovun fikrincə, məktəblinin saç düzümü sadə olmalı, oğlanlarda sacın uzunluğu 4-5 sm-dən artıq olmamalı və klassik formada olmalıdır: "Qızların saçları isə hər hansı stildə deyil, sadə formada yığılmalı, xüsusi bəzəklərdən istifadə edilməməlidir. Hazırda bu bəzəklərdən çox istifadə edilir. Təəssüf ki, buna çox hallarda valideynlər özləri rəvac verirlər. Valldeyn qızını məktəbə yola salarkən onun sacına, geyiminə diqqət yetirməlidir”.

Ekspert hesab edir ki, hər bir məktəbin özünün nizamnaməsi olmalı və orada bu məsələlərin hamısı qeyd edilməli, çərçivə qaydaları müəyyənləşdirilməlidir.

Təhsil Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblilər üçün vahid saç düzümünün tətbiqi mümkün deyil. Amma şagirdlərin məktəbə sadə saç düzümündə gəlmələri məqsədəuyğun hesab edilir.

Nazirlik hesab edir ki, bu məsələ məktəbin nizamnaməsi ilə müəyyən olunan daxili intizam qaydalarında da əks edilə bilər: “Saç düzümü ilə bağlı qoyulan qaydanı pozan şagirdin cəzalandırılmasına gəlincə, hər hansı bir cəza növü heç də həmişə tərbiyə elementinə çevrilmir. Uşaqlara həssaslıqla yanaşma, izah və təbliğ vasitələrindən bacarıqla istifadə etmə onları hər hansı bir yanlışlıqdan çəkindirməkdə ən etibarlı təsir vasitəsidir”.

İlhamə İsabalayeva

Mənbə: http://az.trend.az

Dostlarınızla paylaşın!

Bu səhifə 780 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__14917252 (Əlavə edilib: 16.12.2015 13:43:31)
Düzdür
Müəllif:Qonaq__14034390 (Əlavə edilib: 22.11.2015 17:42:14)
duz
Müəllif:Qonaq__14618930 (Əlavə edilib: 21.11.2015 21:55:41)
bes qizlar saclarini nece yigmalidir?
Müəllif:Qonaq__14248582 (Əlavə edilib: 19.11.2015 11:00:46)
tamamilə doğrudur mekteblerde geyimlerde saç düzümlerinde özbaşınalıq artıb
Müəllif: (Əlavə edilib: 14.11.2015 08:37:31)
mence soyledıklerınız hamısı düzdü maraqlı melumata gore twk.
Müəllif:Qonaq__14267137 (Əlavə edilib: 12.11.2015 14:26:55)
her wey normada olsa yaxwidir
Müəllif:Qonaq__14471517 (Əlavə edilib: 11.11.2015 21:16:30)
Mence hele balaca yasda usaqlar sac acmamalidirlar
Müəllif:Qonaq__14145650 (Əlavə edilib: 11.11.2015 17:36:16)
Maraqli melumata gore tesekkurler.
Müəllif:Qonaq__14466220 (Əlavə edilib: 11.11.2015 17:23:52)
duz deyirsiz

Öz şərhinizi yazın

Bağla
.....