Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Hansı universitetlərin rektorları dəyişəcək?

Hansı universitetlərin rektorları dəyişəcək?

Azərbaycanda 4 universitetin rektoru tezliklə dəyişəcək.

Deputatlığa namizədliyini irəli sürən 4 rektorun adı - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) seçildiyi artıq bəllidir.

Belə ki, Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz - Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov - 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov 65 saylı Saatlı - Sabirabad - Kürdəmir Seçki Dairəsindən, Ağacan Abıyev isə 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər.

Bu ilin sentyabr ayında verilən qərara əsasən Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər.

Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də öz əksini tapıb.
mia.az millət vəkillərinin rektor olduğu təhsil ocaqları ilə əlaqə saxlayıb. Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən bildirdilər ki, hələ heç bir dəyişiklik yoxdur. "Rektor Əhliman Əmiraslanov iş başındadır. Amma yaxın vaxtlarda dəyişiklik olacağını gözləyirik."

Digər universitetlərdə də rektorlar hələ ki, öz vəzifələrini icra edirlər.
Bəzi universitetlərin rəhbərləri isə deputatlıqdan imtina edərək, rektor kimi qalmağa üstünlük verdilər. Adları bu il namizədlik siyahısında olmayanlar isə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru Gülçöhrə Məmmədovadır. Bakı Dövlət Universitetinin (BDU) rektoru, Abel Məhərrəmov bu ilki parlament seçkilərində iştirak etməməsini belə izah etdi.
"Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım".

Mənbə: http://news.day.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1154 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13403859 (Əlavə edilib: 10.11.2015 18:12:34)
HaHaHa :) Hiç güleceğim de yoktu,güldürdünüz. Yahu bu olsa ne olur, olmasa ne olur? Ne değişecek? Direkt olarak kökünden değişim olursa,birşeyleri başarmışız demektir.. O da belki..

Öz şərhinizi yazın

Bağla
.....