?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Qadın adlı bığlı müəllim - növbəti dərslik biabırçılığı

Qadın adlı bığlı müəllim - növbəti dərslik biabırçılığı

Orta məktəb dərsliklərindəki səhv və çatışmazlıqlarla bağlı mətbuatda dəfələrlə yazılar dərc olunub. Milli.Az aznews.az-a istinadən xəbər verir ki, növbəti yalnışlıq isə orta məktəbin 5-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş "Ana dili" dərsliyindədir. Dərslikdə kişi müəllim Dilbər adı ilə təqdim edilir.

"İradənin gücü" adlı hekayədə Nahidə öyüd-nəsihət verən Dilbər müəllimin bığlı rəsmi ilə adının arasında çox böyük ziddiyyət var. Hekayə ümumilikdə heç bir məna ifadə etmir. Məntiqdən kənar hekayənin müəlliflərinin azyaşlılara təqdim etdiyi müəllimə qadın adının verilməsi təəccüb doğurur.

Adlar kitabında isə Dilbər "Ürək aparan, könül açan, ürək çəkən qız" kimi ifadə edilir.

Söz yox ki, Azərbaycanda və eləcə də dünyanın digər ölkələrində eyni adın həm kişiyə, həm də qadına qoyulması adi haldır. Məsələn, bizdə Qismət, Qənimət, Yavər, Arzu, Laçın, Tərlan kimi adlar var ki, bu adlar həm qızlara, həm də oğlanlara verilir. Çünki bu adlar konkret cinsə aid edilmir. Məsələn, Qismət adının mənası "bəxt, bəxtə çıxan şey, tale, nəsib" kimi fikirləri ifadə edir ki, bunun da qadın və ya kişi cinsinə adiyyəti yoxdur.

Amma Dilbər ərəb sözü olub, könül aparan qadın mənasını verir. Lap klassik şairlərimizdən üzü bu yana dilbər daim qadın gözəlliyini vəsf edən söz kimi işlənib:

"Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər, Nə dilbər? 
Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər". 
Bu, Həsənoğlunun məşhur qəzəlindəndir.

Və ya İmaməddin Nəsiminin "Neylərəm" qəzəlindəki müraciəti: 
"Dilbəra mən səndən ayri ömrü-canı neylərəm 
Tacu-taxtı, mülki-malı, xanimanı neylərəm?"

Bu gün 5-ci siniflərə təbliğ olunan Dilbər müəllimi artıq yuxarı siniflərdə Həsənoğlunun, Nəsiminin qəzəllərində gözəl-göyçək qız kimi təqdim edəcəklər. O zaman bizim zavallı şagirdlərimiz Məşədi İbad kimi çaş-baş qalacaqlar və yəqin ki, onlarda bu sual yaranacaq: Bir baxıb görəydiniz bu Dilbər qadındır, yoxsa kişi?...

Yəqin ki, bizi narahat edən bu suala Təhsil Nazirliyi və aidiyyəti qurumlar cavab verməyəcək.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 4315 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__14017823 (Əlavə edilib: 06.12.2015 15:17:49)
Mətni axıra qədər oxuyun.Siz də elə sözügedən kitabdakı Aysu kimi kitabı oxumadan "mükafat"almaq istəmyirsiniz yoxsa?
Müəllif:Qonaq__14331464 (Əlavə edilib: 15.11.2015 15:34:18)
dilber men bileni gozel deməkdi
Müəllif:Qonaq__14331464 (Əlavə edilib: 15.11.2015 15:29:14)
gulməli agmalidi
Müəllif:Qonaq__14449381 (Əlavə edilib: 10.11.2015 21:22:28)
Heç qadın adı kişiye verilir men5de oxuyuram iradenin gücü cox gözel metindir
Müəllif:Qonaq__14207723 (Əlavə edilib: 03.11.2015 00:20:40)
Nə şərhi yazaq? Hər şeyi siz yazmısınız. Ümid edirik ki, növbəti dərsliklərdə bu səhvi etməzlər
Müəllif:Qonaq__13112313 (Əlavə edilib: 02.11.2015 22:58:05)
tehsil nazirliyi oz cavabini verib, deyesen siz gecikmisiz ! onuncun de zehmet olmasa hemin hekayeni sonuna qeder oxuyun, sonra irad tutun !
Müəllif:Qonaq__13275424 (Əlavə edilib: 02.11.2015 22:28:17)
Bu şəkil hekayənin axırına aiddir.Hekayəni oxuyanda diqqətli olun.
Müəllif:Qonaq__14172506 (Əlavə edilib: 01.11.2015 16:18:53)
sekildeki kor adamdir metni duzgun oxuyun
Müəllif:Qonaq__13773969 (Əlavə edilib: 30.10.2015 00:29:46)
tehsil Nazirliyinden açıqlama verende Dilberin qadın olduğu vurğulanmışdı. Şekilden xeber veren olmayıb da açıqlama verene. Özü maraqlanıb baxsaydı görerdi.
Müəllif:Qonaq__14061088 (Əlavə edilib: 29.10.2015 08:11:20)
Yalandı!

http://modern.az/articles/87813/1/
Müəllif:Qonaq__14062167 (Əlavə edilib: 28.10.2015 22:54:16)
http://aznews.az/m/news.php?id=93035#.VjEQrv5yCno.facebook
Müəllif:Qonaq__13943163 (Əlavə edilib: 28.10.2015 22:09:25)
Ne olardı göresen bu metni bir jurnalist axıra qeder oxuyub sonra emelli başlı bir meqale yazardı. Doğrudan da, bu gün cemiyyetin kitab oxumama kimi bir problemi var. Yadıma bir satirik hekaye düşdü. Günlerin bir gününde redaktor müxbire deyir ki, axşam bir konsert var, get o konsertde iştirak ele, sabahkı nömrede hemin konsert haqında meqale yazarsan. Müxbir de eleme tenbellik oturur evde, özüne eziyyet vermeden başlayır konserti xeyalında canlandırmağa. Ortalığa gözel bir meqale çıxır. Ve seher bütün qezetlerden ferqli olaraq, ekskuliziv şekilde, çox peşekarcasına yazılmış bir sehifelik meqale işıq üzü görür. Diger qezetler ise yalnız bir cümle bu möhteşem konserden behs edirdiler- onlar dünenki konsertin texire salındığın yazmışdılar.
Müəllif:Qonaq__14059280 (Əlavə edilib: 28.10.2015 20:37:05)
Dilbər Ərəb yox Fars mənşəli sözdür-DEL(ürək)BARD(aparan)deməkdir.
Müəllif:Captain_N (Əlavə edilib: 28.10.2015 20:05:17)
MEN DE 5-Cİ SİNFDE OXUYURAM.O METNİN ADİ "İRADENİN GUCU"-DUR.SEKİLDE Kİ KİSİ KORDUR.DİLARE MUELLİME İSE NAHİDİN MUELLİMESİDİR.BURADA HEC BİR SEHV MELUMAT YOXDUR!TEHSİL NAZİRLİYİNİ ZEHMET OLMASA NARAHAT ETMEYİN!!!

Öz şərhinizi yazın

Bağla
.....