?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Ev tapşırıqları şagirdlərə verilməlidir yoxsa yox?

Ev tapşırıqları şagirdlərə verilməlidir yoxsa yox?

Azərbaycan Təhsil Nazirliyi adıçəkilən qurum tərəfindən ibtidai sinif şagirdlərinə ev tapşırıqlarının verilməsinə qadağa qoyulması barədə bəzi müəllimlərin söylədiyi fikirlərə aydınlıq gətirib.

Nazirlikdən Trend-ə bildirilib ki, ibtidai sinif şagirdləri üçün ev tapşırığının nəzərdə tutulmaması barədə göstəriş olmayıb və bu, pedaqoji-psixoloji cəhətdən düzgün sayıla bilməz: “Sadəcə olaraq, müəllimlərə, xüsusilə də ibtidai sinif müəllimlərinə tövsiyə olunur ki, şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirsinlər, təlim materiallarının əsas hissəsinin sinifdə mənimsədilməsinə nail olsunlar. O da tövsiyə edilir ki, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir”.

Xatırladaq ki, artıq bəzi ibtidai sinif müəllimləri belə bir qadağanın qoyulduğunu əsas gətirərək ev tapşırıqlarının sayını xeyli azaldıblar, ibtidai sinifdə dərs keçən ingilis dili müəllimləri isə şagirdlərin dəftərlərinə yeni sözləri qeyd etmir, yeni sözləri yalnız dərs zamanı öyrətməklə kifayətlənirlər.

Mənbə: http://www.faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 2311 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:ARZU_ezli (Əlavə edilib: 09.02.2017 14:25:08)
yari yariya :)
Müəllif:Qonaq__12931570 (Əlavə edilib: 09.11.2015 13:02:42)
beli raziyam
Müəllif:Qonaq__14269140 (Əlavə edilib: 05.11.2015 20:18:22)
əlbəttə duzdur
Müəllif:Qonaq__14229696 (Əlavə edilib: 03.11.2015 20:19:56)
Çətinini evə verirlər,asanını məktəbdə yerinə yetirirlər.
Müəllif:frk (Əlavə edilib: 03.11.2015 18:33:55)
Bezi fenler olar meselen men tarix mellimi kimi deyirem ki tarix fenni muellim sizde danisib izah etmelidir amma mutleq evde oxunulmalidir tarix
Müəllif:Qonaq__11850057 (Əlavə edilib: 02.11.2015 23:13:18)
Bəli verilməlidir.
Müəllif:Qonaq__12919428 (Əlavə edilib: 26.10.2015 17:32:36)
men sagird kimi raziyam

Öz şərhinizi yazın

Bağla
.....