Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist

"Ağıllı lövhə"lərin ziyanlıdır !?

"Ağıllı lövhə"lərin ziyanlıdır !?

"Ağıllı lövhə" informasiyanın eşidilmə və göstərilmə baxımından daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir. Azərbaycanın orta məktəblərində tədrisin daha yaxşı mənimsənilməsinə yardım edən bu lövhələrdən bir neçə ildir istifadə edilməyə başlanılıb. Adi lövhələrdən bir çox üstünlüklərinə görə fərqlənən "ağıllı lövhə"lər müəllimin dərsə hazırlaşmaq üçün sərf etdiyi vaxta qənaət etməyə, materiallar əsasında tədris resursları bazası yaratmağa və müxtəlif səbəbdən dərs buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün mövzunun qısa müddətdə yenidən izah edilməsinə şərait yaradır.

Bütün bu üstünlüklərinə baxmayaraq, bəzən valideynləri bir məsələ də narahat edir. Görəsən, bu lövhələr övladlarımızın sağlamlığı üçün zərərli ola bilərmi?

Göz həkimi Təhməzi Rəzzaq Trend-ə bildirib ki, elektron lövhələr sağlam uşaqlar üçün heç bir problem yaratmır, onun şüası zərərli hesab edilmir. Lakin ona uzun müddət baxdıqda gözdə quruluq yarana və uşaq gözünü daha tez-tez qırpmağa başlaya bilər. Bu isə gözdə sonradan hər hansı problemin yaranmasına gətirib çıxara bilər.

Mütəxəssis bildirib ki, buna görə də problemin əvvəlcədən aradan qaldırılması - gözdə quruluğun yaranmasının qarşısını almaq üçün apteklərdə satılan, süni göz yaşları hesab edilən dərmanlardan istifadə edilməlidir.

Həkim qeyd edib ki, uşaqlar elektron lövhə ilə müqayisədə planşetlərə daha yaxından baxırlar: "Yaxından baxmaq isə nəinki uşaqlarda, hətta böyüklərdə gözün zəifləməsinə səbəb olur. Buna görə də planşetlərə baxarkən, eləcə də kitab oxuyarkən onu gözdən 35 sm-dən artıq bir məsafədə tutmaq lazımdır".

T.Rəzzaq bildirib ki, gözdə problem yaratmamaq və ya gözün mövcud problemini dərinləşdirməməkdən ötrü planşetlərdə şrifti mümkün qədər böyütməyə çalışmaq lazımdır.

Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, "ağıllı lövhə"lər nazirlik tərəfindən "Elektron məktəb" layihəsinə cəlb olunmuş məktəblərdə quraşdırılır. Hazırda "Elektron məktəb" layihəsinə 43 ümumtəhsil məktəbi cəlb olunub.

Nazirlikdən qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinə təqdim olunan elektron lövhələr təhsil üçün nəzərdə tutulduğundan onlar şagirdlərin sağlamlığına zərərli deyil. Buna görə də valideynlərin bununla bağlı narahatlığına əsas yoxdur.

Təhsil Nazirliyi valideynlərin narazılığı əsasında hər hansı sinif otağında elektron lövhə və planşetlərdən istifadənin dayandırılması hallarının olub-olmamasına da aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, indiyədək bu kimi hallara rast gəlinməyib: "Belə ki, təhsil müəssisələrinə təqdim olunan avadanlıqlar müsabiqələrin, təlimlərin nəticəsi olaraq verilir. Əgər belə narazılıqlar olarsa, Təhsil Nazirliyinə müraciət olunduqdan sonra həmin məsələlərə baxıla bilər".

Bakının Xəzər rayonunun 230 saylı orta məktəbinin direktoru Elşən Qafarov Trend-ə bildirib ki, elektron lövhələrin şagirdlərin sağlamlığına hər hansı ziyan vurmaması üçün onlar sinif divarının tən ortasında şagirdlərin boyu, görmə məsafəsi nəzərə alınmaqla quraşdırılmalıdır. Bu baxımdan əsas problem elektron lövhələrin sinif otaqlarında quraşdırılması ilə bağlı olur. Çünki bəzi hallarda siniflərdə lövhələrin quraşdırılması üçün tələb olunan şərait olmur. Digər tərəfdən, otaqda elektron lövhələrdən başqa ənənəvi istifadə edilən taxta lövhələrin də qalması lazım olur.

Pedaqoq deyib ki, elektron lövhələr dünyanın ən tanınmış şirkətləri tərəfindən bütün təhlükəsizlik tələblərinə əmək edilməklə istehsal olunur. Həmin lövhələr Təhsil Nazirliyi tərəfindən sınaqdan keçirildikdən sonra məktəblərdə yerləşdirilir. Buna görə də onların şagirdlərin sağlamlıqlarına heç bir ziyanı yoxdur.

E.Qafarov hesab edir ki, bu lövhələr müəllimlərin dərsi daha rahat keçməsinə, şagirdlərin də dərsi daha yaxşı qavramasına imkan verdiyindən tədris prosesində onlardan daha çox istifadə etmək, bu təcrübəni genişləndirmək daha yaxşı olardı.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2335 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15521383 (Əlavə edilib: 03.01.2016 09:39:58)
Cox teessuf ki Bizim mektebimizdz yoxdur.
Müəllif:Qonaq__14521470 (Əlavə edilib: 14.11.2015 08:35:30)
Men bu lôvheden çox raziyam.Wagirdlerim de seve-seve istifade edirler.
Müəllif:Qonaq__14449381 (Əlavə edilib: 10.11.2015 21:25:18)
Bizde heç flamaster ile yoxdu var amma bizim sifde yoxdu ancaq1234siniflerdedir
Müəllif:Qonaq__14269140 (Əlavə edilib: 05.11.2015 20:22:51)
Bizim mktəbdə ağıllı lovhə olmasina baxmayaraq bu lovheden cox az istifade ounur
Müəllif:Qonaq__13806499 (Əlavə edilib: 16.10.2015 18:46:01)
Bizim məktəbdə ağıllı lövhələrdən istifadə olunur.bu şagirdlərin dərsə marağını daha da artırır.

Öz şərhinizi yazın

Bağla
.....