Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Respublikamız savad reytinqi üzrə hansı yeri tutur?

Respublikamız savad reytinqi üzrə hansı yeri tutur?

 “Universitet təhsili gərəkli deyil” – bu sözü çox vaxt universitetə sənəd verib, amma lazım olan balı toplaya bilməyən gənclər deyir. Onlar elə hesab edir ki, o qədər universitet bitirib işsiz qalan insanlar var, məndə oxusam onlardan biri olacam. Bir sözlə, boşuna vaxt itirməyə dəyməz.

Bəs universitet oxumaq həqiqətən də gərəklidir?

Xeyir, gərəkli deyil. Ölkəmizdə belə bir anlayış var ki, 4 illik ali təhsil almasan iş tapa, pul qazana bilməzsən, bir sözlə sürünərsən. Aman, qonşunun uşağı üniversitetə daxil oldu, sən də daxil olmalısan, deyən valideynlər də bir tərəfdən insanın bütün psixologiyasın alt-üst edir. Təhsil təzyiq hesabına alınmamalıdır. İnsanda universitetə, kitaba, auditoriyaya maraq, həvəs olmalıdır. Məqsəd olmaldır. Mən oxuyacam, həkim, müəllim, jurnalist və s. olacam. Əgər bu istək yoxdursa, uşağı onu məcbur etmək olmaz. Dünyanın modern kölələrdən daha çox sənətçiyə, bəstəkara, ustaya, bir sözlə sadə peşə adamlarına da ehtiyacı var. Həyatda qalmaq sadəcə bir istiqamətə yönəlməklə xarakterizə edilməməlidir. Universitet oxumaq vacib deyil, amma həvəs varsa, niyə də olmasın?

Gəlin, dünyada fəaliyyət göstərən universitetlərin sayına nəzər salaq. Görək, hansı ölkədə nə qədər  insan bu imkanlardan yararlana bilər?

318 milyon əhalisi olan dünyanın ən inkişaf etmiş ölkəsi sayılan ABŞ-da 5758 universitet var ki, ölkədə hər 55 min adam başına bir universitet düşür.

Digər ölkələrədə isə rəqəmlər müxtəlifdir. Belə ki, İspaniyada 33 min, Fransada 62 min, Yaponiyada 104, Rusiyada 129 min, Hindistanda 149 min, Almaniyada 310 min adam başına bir universitet düşür.

Müsəlman ölkələrinə nəzər saldıqda görərik ki, bu rəqəmlər xeyli yüksəkdir. Belə ki, İranda 225 min, İndoneziyada 4.3 milyon, Misirdə 5.13 milyon, Səudiyyə Ərəbistanı ölkəsində isə  hər 7.2 milyon insan başına bir universitet düşür. 7.2 milyon, nüfuzu 28. 83 milyon olan bir ölkə üçün olduqca böyük rəqəmdir. Məsələn, əhali sayına görə ən çox  nüfuza sahib olan Çində bu rəqəm 452 mindirsə, Ərəb ölkələrində 30 milyona yaxındır. Rəqəmin yüksək olmasına səbəb bu ölkələrin təhsil sistemindəki  geriliyidir. Belə ki, Səudiyyə Ərəbistanında cəmi 4 universitet fəaliyyət göstərir.

Digər müsəlman ölkələri ilə müqayisədə Türk ölkələrində vəziyyət yaxşıdır. Belə ki, 75 milyon nüfuzu olan Türkiyədə 386 min, Qazaxıstanda 254 min, Türkmənistanda 327 min, Özbəkistanda 1.77 milyon, Qırğızıstanda 476 min, Azərbaycanda isə 188 min insan başına bir universitet düşür.

Respublikamız savad reytinqi üzrə hansı yeri tutur?

Xəyalə Coşqun

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 639 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....