?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Müəllim günü haqqında nə bilirsiniz?

Müəllim günü haqqında nə bilirsiniz? - 1

Bu gün Azərbaycanda müəllimlər öz peşə bayramlarını qeyd edirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında"adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir.

Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.

Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

Azərbaycan müəllimlərini təbrik edirik!

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1271 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__11571686 - 05.10.2015
Azərbaycanda daha da yaxşı qeyd olunsa lap yaxşı olar!

Öz şərhinizi yazın

Bağla
.....