Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Əgər məktəbdən dərslik vermirlərsə ...

Əgər məktəbdən dərslik vermirlərsə ...

Təhsil Nazirliyi məktəblərdə dərslik probleminin olması ilə bağlı məsələlərə aydınlıq gətirib.

Trend-in məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, Təhsil Nazirliyi tərəfindən kifayət qədər dərslik çap olunub və yerlərə paylanılıb: "Hansısa səbəbdən hər hansı bir məktəbdə dərslik problemi olsa belə, vətəndaşlar özləri dərslik almasınlar. Çünki Təhsil Nazirliyinin kifayət qədər dərslik ehtiyatı var və bu məsələ tez bir zamanda öz həllini tapacaq".

O bildirib ki, dərsliklərlə bağlı Təhsil Nazirliyinə zənglər daxil olandan sonra bu məsələ araşdırılır və öz həllini tapır: "Ola bilər ki, məktəb direktoru tərəfindən dərsliklərin alınması ilə bağlı tövsiyələr olsun. Belə hal olsa, valideynlər bu barədə Təhsil Nazirliyinə müraciət etsinlər. Bu hallarla bağlı çox ciddi tədbirlər görüləcək".

Azərbaycanda təsdiq olunmuş dövlət standartlarına uyğun olaraq dərsliklərin istifadə müddətinin 4 il olduğunu qeyd edən nazir müavini bildirib ki, bəzən elə müraciətlər də olur ki, vətəndaşlar deyir ki, "bu yeni dərslik deyil və mən bunu götürmürəm": "Ona görə biz istisna etmirik ki, siniflər və fənlərdən asılı olaraq uşaqlara verilən dərsliklər 1, 2 il və yaxud bəzi hallarda hətta üç il müddətində istifadə oluna bilər. Lakin hər bir şagird və valideynin əsas vəzifəsi ondan ibarətdir ki, il ərzində istifadə etdiyi dərsliyi yüksək səviyyədə saxlasın və ilin sonunda məktəb kitabxanasına təhvil versin. Çünki növbəti ildə digər şagirdlər də həmin dərslikdən istifadə etməlidir".

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1618 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13285610 (Əlavə edilib: 23.09.2015 12:39:35)
bizim mektebde deşagırdlere kıtab çatmır 2 uşağa bır kıtab verılır xaiş edirem yaycı 1 nomrelı mektebe kıtab verılsın
Müəllif:Qonaq__13209879 (Əlavə edilib: 21.09.2015 14:43:35)
Salam,hər vaxtınız xeyir. Sizdən artıq dərəcədə xahiş edirəm, Salyan rayon Kərimbəyli kənd orta məktəbində 1-ci sinifə müəllim vəsaiti yoxdur biz necə işləyək?! İngilis dili kitabı 5-ədədi mən necə 21şagirdə verim?!.Biz mwəllimlər çox əziyyət çəkirik.Dövlətimizdən tələb edirik bizi kitabla təmin etsin.
Müəllif:Qonaq__13209879 (Əlavə edilib: 20.09.2015 06:51:30)
Salam, sabahınız xeyir, Salyanın Kərimbəyli kəndində 1-ci sinif dərslikləri çox bərbad gwndədir .3-sinif açılsa da uşaqlara Azərbaycan dili kitabı çatmır.3-sinfə 1ədəd müəllim vəsaiti var çox əziyyət çəkirik.Xahiş edirik bizim məktəbə 1-ci sinif üçün dərslik göndərəsiniz.
Müəllif:Qonaq__13222581 (Əlavə edilib: 20.09.2015 06:49:31)
çox istifadə olunan dərsliklər də 4il az işlədilənlər də 4 il.bu düz deyil
Müəllif:Qonaq__13218998 (Əlavə edilib: 20.09.2015 01:46:03)
Cenab Hazir her il 1-ci sinife gelen sagirdlere yeni derslik verilir,amma bu il helede yeni derslik verilmeyib, bes bunun sebeb i nedir??
Müəllif:Qonaq__12868627 (Əlavə edilib: 19.09.2015 21:15:30)
Qarabağ tarixi dərslikləri veriləcək məktəblərə ?
Müəllif:Qonaq__13210688 (Əlavə edilib: 19.09.2015 17:59:20)
Zərdab rayon Məlikli kənd orta məktəbində 1 -ci sinif şagirdlərinə deyiblərki gedin özünüzə kitab alın..Niyə məktəbləri təmin etməmisiz?

Öz şərhinizi yazın

Bağla
.....