Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Direktor olmaq istəyənlərin nəzərinə

Direktor olmaq istəyənlərin nəzərinə

Azərbaycanda orta məktəb direktoru işləyən və ya direktor olmaq istəyənlər üçün yeni elektron resurs istifadəyə veriləcək.

Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Artıq iki ildir ki, Təhsil Nazirliyi tərəfindən direktor olmaq istəyənlər üçün təlimlərin keçirildiyini xatırladan nazirlik rəsmisinin sözlərinə görə, bu ilin oktyabr-noyabr aylarında elektron təlimlərin ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Artıq bununla bağlı videoların bir hissəsi hazırdır.

E.Əmrullayevin sözlərinə görə, seçilmiş namizədlər üçün ənənəvi təlimlərin keçirilməsi davam etdiriləcək. Elektron təlimlər isə açıq olacaq. Bu təlimlər məcburi xarakter daşımayacaq: “Kim istəsə, bu resursdan onlayn qaydada istifadə edə biləcək. Bu təlimlər vasitəsilə müəllimlər, direktorlar özlərini daim yoxlaya biləcəklər. Direktor olmaq istəyən, yaxud direktor özü bu təlimlərə könüllü şəkildə öz imkanlarını yoxlamaq baxımından cəlb oluna bilər”.

Mənbə: http://bolge.info

Dostlarınızla paylaşın!

Bu səhifə 3309 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13124266 (Əlavə edilib: 14.09.2015 23:26:14)
Mən direktor olmaq üçün kurslarda iştirak etmək istəyirəm. Zavuç stajı olmalıdır? Hara və nə vaxt müraciət edim?
Müəllif:Qonaq__13124109 (Əlavə edilib: 14.09.2015 23:06:22)
Men cox beyendim bu layiheni,axirki arzularimiz reallashir.
Müəllif:Qonaq__12789848 (Əlavə edilib: 14.09.2015 22:27:14)
SECILMEMIS yeni teqdimat verilmeyen muellim nece direktor ola biler.Hansi sertler daxildir .meselen bakalovr tehsilliler 7 il isleyir
Müəllif:Qonaq__13046752 (Əlavə edilib: 14.09.2015 06:37:53)
Qeydiyyatdan necə keçmək olar?
Müəllif:Qonaq__13112079 (Əlavə edilib: 14.09.2015 01:36:23)
Bilmek olarnovbeti telimler ne vaxt olacaq
Müəllif:Qonaq__13109813 (Əlavə edilib: 13.09.2015 22:57:54)
Çox yaxwi layihedir
Müəllif:Qonaq__12988871 (Əlavə edilib: 13.09.2015 20:01:55)
Direktor olmaq ucun nece il is tecrubesi olmalidir?
Müəllif:Qonaq__11733139 (Əlavə edilib: 13.09.2015 17:25:32)
Eger men müellime islememisemse yeni unini kecen il bitirmisem bir basa direktor ola bileremmi ?

Öz şərhinizi yazın

Bağla
.....