Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Dərsliklərdən narazılıq edənlər haqlıdır. Dərslikləri yazanlar elm mütəxəssisi olmalıdırlar. - Ekspertin fikri

Dərsliklərdən narazılıq edənlər haqlıdır. Dərslikləri yazanlar elm mütəxəssisi olmalıdırlar. - Ekspertin fikri

"Müəlliflər mürəkkəbliklərə üstünlük verərək özlərini mahir riyaziyyatçı, dilçi kimi göstərirlər"

 Orta məktəb dərsliklərinin dəyişilməsi məsələsi yenidən gündəmə gəlib.

Dərsliklərdəki proqramın mürəkkəbliyi, qeyri-peşəkarlığı barədə müəyyən narazılıqlar bildirilsə də, məsələ dəyişməz olaraq qalır. Dərsliklərin hazırki səviyyəsindən narazı olan bəzi pedaqoqlar bu sahədə peşəkar olmayan müəlliflərin işindən gileylənir.  

Bildirilir ki, hazırlanan dərsliklərin proqramı ali məktəb səviyyəsindədir. Dərsliklər sadələşdirilməlidir, çünki çox mürəkkəbdirlər.

Məsələ ilə bağlı Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Cebhe.info-ya bildirdi ki, dərslikləri hazırlayanlar elm mütəxəssisi olmalıdır:

“Dərsliklərdən narazılıq edənlər haqlıdır. Dərslikləri yazanlar elm mütəxəssisi olmalıdırlar. Elmi məsələlərdə yerlər gərək səhv düşməsin. İbtidai sinif dərsliklərini yazmaq çox çətindir. Aşağı siniflər üçün kurrikulumla hazırlanan dərsliklərin proqramı çox mürəkkəbdir.

Mən 50 ilin mütəxəssiziyəm, amma ibtidai sinif üçün dərslik yazmaram.

O dərsliyi yazmaq üçün həmin yaşdakı uşağın psixologiyasını, xüsusiyyətini, marağını, fizioloji hallarını bilmək lazımdır. Həmin dərslikdə bayrağımızı, himnimizi, Qarabağı, faciələrimizi, prezidentimizi, uğurlarımızı əks etdirən kompleks bilgilər olmalıdır.

Müəlliflər mürəkkəbliklərə üstünlük verərək özlərini mahir riyaziyyatçı, dilçi kimi göstərirlər. Bir riyaziyyat dərsliyinin müəllifi bir saat da dərs tədris etməyib, pedoqoq deyil, maarifçi deyil, Texniki Universiteti bitirmiş mühəndisdir, onda nə gözləmək olar? O nə bilir ki, məktəbin metodikası nədir?

Ekspert hesab edir ki, məktəb dərslikləri yenidən işlənməli, müasir dövrün tələblərinə uyğunlaşdırılmalı və yüksək keyfiyyətlə hazırlanması üçün yeni peşəkar müəlliflər cəlb olunmalıdır. Amma bu yazarların seçilməsi müsabiqə yolu ilə həyata keçirilməlidir:

“Bu məsələ Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Stradegiyasının Fəaliyyət Proqramında öz əksini tapıb. Amma bunu kim işləyəcək? Bəlkə elə indiki dərsliyi yazanlar işləyəcək? Neyləyək, oturaq gözləyək... Nəşriyyat niyə dərslik yazmalıdır ki”?

Alçina Amilqızı

Mənbə: http://cebhe.info

Dostlarınızla paylaşın!

Bu səhifə 1287 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__20440224 (Əlavə edilib: 12.09.2016 01:32:35)
Əjdər müəllimin fikirləri ilə tam şərikəm. Dərsliklərimiz də müəllim metodik vəsaitlərimiz də qüsurludur.Bu kitabların əksəriyyəti səriş-təsiz adamlar tərəfindən, məktəb təcrübəsi olmayan insanlar tərəfindən hazırlanır.Bu işdə də bir qrupbazlıq, ailə podratı müşahidə olunur.
Dərsliklərin redaktəsi də yarıtmaz haldadır. Dərslik layihələrinin müzakirəsi də formal xarakter daşıyır.Rəy və təkliflər nəzərə alınmır, dəyişikliklər hiss olunmur və s.
Müəllif:Qonaq__13350039 (Əlavə edilib: 27.09.2015 00:13:31)
Yaxşı ki,Əjdər müəllim kimi əsil pedaqoqlar var.Mənim müəllimim!Çox sağ olun ki,bizə pedaqogikanı tam mənimsətmisiz.Fikirlərinizlə tam razıyam.Səsinizi qaldırın ,yoxsa səriştəsizlər təhsilimizi uçuruma aparacaq!Keçmiş tələbəniz sizə can sağlığı arzulayır.
Müəllif:Qonaq__13058700 (Əlavə edilib: 09.09.2015 21:19:00)
derslikler sagird seviyyesine uyqun olmalidir,bezen yuxari sinifin cetinlikle cavab verdiyi suallar 5-ci sinfin dersliyine salinir.Bilmek olmur bu kitab yazanlar niye yas ferqini nezere almirlar.Asaqi siniflerde konkret ,yiqcam,aydin sekilde movzular yazilmalidir.

Öz şərhinizi yazın

Bağla
.....