Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Müəllimlərə də ipoteka veriləcək!?

Müəllimlərə də ipoteka veriləcək!?

Azərbaycan vətəndaşlarının əsas problemlərindən biri mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır.

Prezidentin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə ipoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsaitin ayrılacağını açıqlaması evsiz insanlar üçün şad xəbər oldu.

Ekspertlər hesab edir ki, bu vəsait çox sayda ailənin evlə təmin olunmasına gətirib çıxaracaq. Lakin nəzərə almaq lazımdır ki, ipoteka şərtləri də çox ağırdır. Məsələn, şərtlərdə maaşın yüksək olması müəllim və həkimlərin bu kreditlərdən faydalanmasının qarşısını alır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına deyib ki, məsələ yaxın vaxtlarda öz həllini tapacaq: "Bu barədə cənab prezidentin göstərişi var. Hökumət Mərkəzi Bankla birgə ipoteka şərtlərinin yüngülləşdirilməsi, imkanların dəyərləndirilməsi üzərində işləyir. Yəqin ki, yaxın vaxtlarda nəticələri görəcəyik".

Musa Quliyevin fikrincə, müəllim və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir: "Müəllim və həkimlərin də ipoteka kreditindən yararlanması məsələsi çox vacibdir. Onların sosial ipoteka imkanlarını genişləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, sosial ipoteka alan şəxslərin siyahısında müəllim və həkimlərin adı yoxdur. Bu zümrədən olanlar həm az maaş aldıqlarına, həm də dövlətin, cəmiyyətin inkişafında xüsusi xidmətləri olduğuna görə dövlətin onlara dəstəyi mütləqdir.

Hesab edirəm ki, bu vacib, yerində edilən təklifdir və hökumət də bunun üzərində düşünməlidir. Müəllimlərin və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir.

Bununla onların da uzunmüddətli kreditdən yararlanması və mənzil şəraitinin yaxşılaşdırılması mümkündür. Məncə, bu, sözügedən peşə sahiblərinə yüksək hörmətin nəticəsi olacaq".

Mənbə: http://www.faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 1377 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__11563376 (Əlavə edilib: 18.09.2015 21:48:14)
allah sizden razi olsun
Müəllif:Qonaq__13024250 (Əlavə edilib: 06.09.2015 21:45:06)
Cox gozel teşebbusdur
Müəllif:Qonaq__12404139 (Əlavə edilib: 06.09.2015 15:49:55)
insallah!!!!!!!!!!
Müəllif:Qonaq__12952521 (Əlavə edilib: 02.09.2015 12:43:39)
Çox yaxşı olardı.biz müəllimlər də yararlansaq əla olardı.inanıram kı,Cənab Prezıdentımız İlham Əliyevin müəllimlərə verdiyi ən böyük töhvəsi olacaqdır.İMRAN Müseyibov Xaçmaz Rayonu.
Müəllif:Qonaq__12944654 (Əlavə edilib: 01.09.2015 21:44:50)
muellim pesesi en layiqli pese amma ne yaziqki banga gedib pul isteyende muellim maasiiyla nece odeyersen sualini verirler.kaski muellim maasi o qeder olsunki 3-4 ile ozu ev ala bilsin ipatekaya hec gerey olmasin
Müəllif:Qonaq__12942777 (Əlavə edilib: 01.09.2015 18:26:43)
Dovlet mwellimlere mutleq destek olmalidir.

Öz şərhinizi yazın

Bağla
.....