Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Tələbə kreditləri və banklar

Tələbə kreditləri və banklar

“Azərbaycanın təhsil sektorunda kreditləşmə ilə bağlı təcrübədə bankların qısa müddətli kampaniyaları olub. Belə ki, banklar qısamüddətli kredit kampaniyaları elan ediblər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, banklar xeyir güdməyən təhsil kreditləri layihəsini gerçəkləşdirməlidirlər. Ya da dövlət tərəfindən belə bir layihə həyata keçirilməlidir ki, gənclərimiz keyfiyyətli ali təhsil ala bilsinlər: “Təhsillə bağlı bankların kampaniyalarının əksər hissəsi uğursuz nəticələnib. Səbəb isə sadədir, ilk növbədə banklarda kredit faizlərinin yetərincə yüksək olması göstərilir. Tələbə məcburdur işləsin və bu kreditin faizini çətinliklə də olsa ödəsin. Mən təklif edirəm ki, tələbə kreditləri sosial layihə formatı daşısın. Yəni, banklar bundan mənfəət gözləməsin. Bundan başqa, bu gün dövlət və ya özəl universitetlərin illik haqları çox yüksəkdir. Tutaq ki, 1 nəfər hər hansı bir universitetin ödənişli fakultəsinə qəbul olub və  2500 AZN təhsil haqqı ödəməlidir. İlk növbədə bu qədər təhsil haqqının məbləği çoxdur. İkincisi isə, bank verdiyi 2500 AZN üçün 25-30% kredit hesablayır. Bu zaman əhalinin  aşağı təbəqəsi ali təhsildən geridə qalır. Bunun üçün dövlətin təhsil kreditləri ilə bağlı məsələyə baxmasında böyük fayda var. Çünki, gənclərin keyfiyyətli ali təhsil almasında Türkiyə təcrübəsində olduğu kimi təhsil kreditlərinin böyük rolu var”.

Orxan Faiqov

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 768 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__12956550 (Əlavə edilib: 02.09.2015 20:10:35)
O qədər də ucuz deyil

Öz şərhinizi yazın

Bağla
.....