Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Boş qalan plan yerlərə müsabiqənin nəticələri açıqlandı

Boş qalan plan yerlərə müsabiqənin nəticələri açıqlandı

 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri elan olunub.

APA-nın məlumatına görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı TQDK-nın internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16808 abituriyent ixtisas seçimi edib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 572 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 5969 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 9-cu sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 21-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. 

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 706 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__12802020 (Əlavə edilib: 22.08.2015 20:07:41)
he lap yaxsi
Müəllif:Qonaq__12614998 (Əlavə edilib: 21.08.2015 15:19:25)
Salam . Men mesaj gondermisem 7727 ye cavab gelmir. Niye?

Öz şərhinizi yazın

Bağla
.....