?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İyulun 14-də qəbul imtahanı keçiriləcək (TQDK)

İyulun 14-də qəbul imtahanı keçiriləcək (TQDK)
.jpg" alt="İyulun 14-də qəbul imtahanı keçiriləcək (TQDK) - 1" />

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)iyulun 14-də2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçünIvəIVixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən SİA-yaverilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində -Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazşəhərlərində ümumilikdə47binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahanda abituri­yentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Məlumat üçün bildirək ki, imtahanda26920abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan22381nəfəri I qrup üzrə,4539nəfəri IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən24074nəfəri (I qrup üzrə19959nəfər,IVqrup üzrə4115nəfər) Azərbaycan bölməsinin,2846 nəfəri (I qrup üzrə2422nəfər,IVqrup üzrə424nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin15809 nəfəri (I qrup üzrə13990nəfər, IV qrup üzrə1819nəfər) oğlanlar,11111 nəfəri (I qrup üzrə8391nəfər, IV qrup üzrə2720nəfər) isə qızlardır.26200nəfər orta ümumtəhsil məktəblərinin,18nəfər ali təhsil müəssisələrinin,702nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.191abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1980-ci ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində11942, Naxçıvanda1206, Gəncədə3181, Sumqayıtda1733, Mingəçevirdə1214, Şəkidə1749, Ağcabədidə925, Göyçayda1349, Şirvanda978, Lənkəranda1574, Xaçmazda isə1069abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına216imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən2230nəzarətçi-müəllim cəlb olunacaqdır.

Bütünqruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1267 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__12239259 - 26.07.2015
Hərkəsə uğurlar bacım da içinizdə olmaq şərti ilə eh gələn ilin məzunlarından biri də mənəm

Öz şərhinizi yazın

Bağla
.....