Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Facebook və məktəblilər (yeni layihə hazıranır)

Facebook və məktəblilər (yeni layihə hazıranır)

Məktəblilərə sosial şəbəkədən istifadə qadağası qoymaq vacibdir. Bu sözləri Milli.Az-a Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib.

"Facebook və digər sosial medialar vaxt aparan bir şeydir. Şagirdlərin öz vaxtlarını səmərəsiz şəkildə bu səhifələrə sərf etməsi yolverilməzdir. Burada həm valideynlərin, həm də məktəbin nəzarəti olmalıdır", - deyə o əlavə edib.

Ekspert hesab edir ki, Azərbaycanda məktəblilərin sosial şəbəkələrə girişinə qadağalar qoymaq lazımdır.

"Bəziləri hesab edə bilər ki, bu cür qadağalar uşaqların hüquqlarının pozulmasıdır, ancaq mən düşünürəm ki, burada hüquqların pozulmasından söhbət getmir. Sadəcə uşaqlarımızın kənar təsirlərdən qorunmasından, uşaqların öz vaxtlarından səmərəli istifadə etməsindən söhbət gedir.

Türkiyə hökuməti bu problemin aradan qaldırılması üçün sərt addım atıb. İyulun 1-dən etibarən Türkiyədəki bütün orta məktəblərdə sosial şəbəkələrdən istifadə etmək yasaqlanıb. Xüsusilə də məktəblilərin FacebookTwitter-dən yararlanmaları qadağan olunub. Şagirdlərə məktəbdə çəkdikləri foto və videogörüntüləri sosial şəbəkələrdə paylaşmaq, habelə müəllimlərlə bağlı təhqiramiz statuslar yazmaq da yasaqlanıb. Yasaqları pozanlar ilk dəfə xəbərdarlıq alacaqlar, əməli təkrarladıqda isə məktəbdən qovulacaqlar.

Mənbə: http://faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 1167 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__11995305 (Əlavə edilib: 17.07.2015 00:38:23)
beli lazimdir ve tez bir vaxtda
Müəllif:Qonaq__11387741 (Əlavə edilib: 13.07.2015 04:35:05)
Men. Tam. Raziyam. Bu. Teklifnen.
Yaxshi. Olardi. Ki. Biz. De Turkiye. Kimi
Sert. Addimlar. Atardik.Menevi. Deyerleri. De
Xilas. Etmek. Uchun. Qizlara. Hicab. Icaze. Verilsin
Qiymeye.
Beyem. BAKI. Islam. Medenniyet. Merkezi. Elan
Edilmemeshdi?
Müəllif:Qonaq__11843205 (Əlavə edilib: 12.07.2015 11:00:46)
Bu mümkün deyil. Məktəbdə olmasa da hər uşağın əlində ağıllı telefon var. Bunun qarşısını necə alarsınız. Məlum valideynlər yarışa girib- kimin uşağında bahalı telefon var? Neçə illdir telefon qadağası qoyula bilmir. Mümkün olmayan və ya yerinə yetirilə bilməyən məsələləri ortaya qoyulması müsbət nəticə vermir
Müəllif:Qonaq__11874983 (Əlavə edilib: 12.07.2015 00:53:52)
Məlahət xanim, sizinle temamile raziyam en duzgun ve en dogru qerar olardi

Öz şərhinizi yazın

Bağla
.....