Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Distant təhsildə maraqlı olanlara məlumat

Distant təhsildə maraqlı olanlara məlumat

Azərbaycanda distant təhsilin tətbiqi mexanizmləri hazırlanır.

Bunu TrendAzərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Azərbaycan Təhsil Nazirliyinin himayəsi altında aparılır.

Ə.Muradov qeyd edib ki, Azərbaycanda distant təhsil haqqında qanunvericilik mövcuddur, lakin hələ onun tətbiqinin konkret mexanizmləri yoxdur: "Hazırda mexanizmlərin formalaşdırılması üçün ölkənin Təhsil Nazirliyinin rəhbərliyi altında işlər aparılır və ADİU ölkədə distant təhsilin tətbiqi üzrə ilk ali məktəb olmağa iddialıdır".

Bu təcrübəyə dəqiq keçmə tarixini açıqlamayan rektor əlavə edib ki, bu, yaxın gələcəkdə reallaşa bilər.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 673 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....