Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Facebook və Twitter məktəblərimizdə qadağan ediləcəkmi?

Facebook və Twitter məktəblərimizdə qadağan ediləcəkmi?

Sosial şəbəkələr böyükləri işlərindən ayırır, kiçikləri isə dərslərindən. Məktəbli uşaq istər dərs vaxtı, istərsə də dərsən kənar sosial şəbəkələrə çox vaxt sərf edirlər. Bu da uşaqların bilik səviyyəsinə, sözsüz ki, təsirsiz ötüşə bilməz.

Türkiyə hökuməti bu problemin aradan qaldırılması üçün sərt addım atıb. İyulun 1-dən etibarən Türkiyədəki bütün orta məktəblərdə sosial şəbəkələrdən istifadə etmək yasaqlanıb. Xüsusilə də məktəblilərin Facebook və Twitter-dən yararlanmaları qadağan olunub. Şagirdlərə məktəbdə çəkdikləri foto və videogörüntüləri sosial şəbəkələrdə paylaşmaq, habelə müəllimlərlə bağlı təhqiramiz statuslar yazmaq da yasaqlanıb. Yasaqları pozanlar ilk dəfə xəbərdarlıq alacaqlar, əməli təkrarladıqda isə məktəbdən qovulacaqlar.

Türkiyə Təhsil Nazirliyi bu yasaqları "məntiqi və lazımlı" sayıb.

Azərbaycanda məktəblilərin sosial şəbəkədən istifadəsi qadağan olunmasa da, onların təhsil ocağına telefonla gəlmələri yasaqlanıb. Yasaqlara baxmayaraq, uşaqlar hələ də məktəbə telefon aparırlar.

Belə olan təqdirdə qardaş ölkədəki qadağaları Azərbaycanda da tətbiq etmək olarmı?

Məsələyə aydınlıq gətirmək üçün Milli.Az-ın əməkdaşı Təhsil Nazirliyinin KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlayıb.

Qurum rəsmisi hesab edir ki, qardaş Türkiyədə tətbiq edilən yenilik kifayət qədər maraqlı yanaşmadır. Məsələni müzakirə etmək olar.

Teymur Hacıyev
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 354 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....