Xüsusi təhsil müəssisələrinə tərbiyəçi və loqoped vəzifəsi üzrə seçim başlayır

Xüsusi təhsil müəssisələrinə tərbiyəçi və loqoped vəzifəsi üzrə seçim başlayır

İnternat və internattipli təhsil müəssisələrinə tərbiyəçi, həmçinin loqoped vəzifələri üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir.

"Report"xəbər verir ki, vakansiya seçimində iştirak etmək istəyən şəxslərbu linkədaxil olaraq müraciət edə bilərlər:

Vakansiya seçimi 23 oktyabr saat 17:00-dək davam edəcək.

Seçimlər zamanı müvafiq ixtisasa dair baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda göstərilən linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər. Növbəti mərhələdə isə uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed