Ümumi orta təhsil səviyyəsinin buraxılış sinfində (IX) təhsil alan şagirdlərin nəzərinə!

Ümumi orta təhsil səviyyəsinin buraxılış sinfində (IX) təhsil alan şagirdlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına son günlər edilən çoxsaylı müraciətlərə cavab olaraq bildirir ki, 9-cu sinif şagirdləri buraxılış imtahanına gələrkən aşağıdakı sənədləri təqdim edəcəklər:
1. İmtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir)
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə)
3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Beləliklə, şəxsiyyət vəsiqəsi olmayan 9-cu sinif şagirdləri buraxılış imtahanında şəxsiyyəti təsdiq edən sənəd kimi doğum haqqında şəhadətnamənin əslini və təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkilləri yapışdırılmış arayışı təqdim etməklə iştirak edə biləcəklər.
https://tqdk.gov.az/az/press/Default.aspx?news=2254

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed