TQDK iyun ayında buraxılış imtahanları keçirəcəkdir

TQDK iyun ayında buraxılış imtahanları keçirəcəkdir

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edilmişdir.

TQDK tərəfindən 2012-ci ildə 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının aşağıdakı qrafik üzrə keçirilməsi nəzərdə tutulur:
Bakı şəhərində:
- 02.06.2012 - ci il, saat 11:00-da 11-ci siniflər üçün.
- 03.06.2012- ci il, saat 11.00-da 9- cu siniflər üçün.
Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda:
- 08.06.2012-ci il, saat 10:00-da 11- ci siniflər, 15:00 da 9- cu siniflər.
Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda:
- 13.06.2012 - ci il, saat 10:00-da 11-ci siniflər, 15:00 da 9 – cu siniflər.
Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab, və Beyləqanda:
- 18.06.2012- ci il, saat 10:00-da 11-ci siniflər, 15:00-da 9-cu siniflər.
Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda keçiriləcəkdir:
- 29.06.2012 - ci il, saat 10:00-da 11-ci siniflər, 15:00-da 9 – cu siniflər
Şəki, Zaqatala, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda
- 04.07.2012 ci il, saat 11:00 da 11-ci siniflər, 15:00 da 9 – cu siniflər.

Qeyd 1: Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri Bakı şəhəri məktəblərinin şagirdləri ilə eyni gündə imtahan verirlər.
Qeyd 2: İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.

Şagirdlər imtahana gələrkən aşağıdakı sənədləri tədim edəcəklər:

9-cu siniflər:
1. İmtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir)
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə)
3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

11-ci siniflər:
1. İmtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir )
2. şəxsiyyəti təsdiq edən sənədin əslini
a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.
  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__11132970

9 cu sinif buraxilis imtahanin cavablari ne vaxt cixacaq?

Qonaq__11323086

hec men de bilmirem

Qonaq__11324229

11 ci sinif buraxiliş imtahanin cavablari ne vaxt cixacaq?

Qonaq__11343426

quba seri

Qonaq__11363801

berbadd pis

Qonaq__11428874

naxcivan

Qonaq__11475889

nəticəni necə öyrənmək olar?

Qonaq__17092804

imtahan cavablarin men nece gore bilerem ne yazim gelsin

Qonaq__18521312

men hardan oyrene bilerem

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed