Təhsil Nazirliyindən məktəblilərə mükafatlar

Təhsil Nazirliyindən məktəblilərə mükafatlar

Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən riyaziyyat, fizika, kimya və biologiya üzrə fənn müsabiqələri yekunlaşıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, yanvarın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Tədbirdə həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Riyaziyyat fənni üzrə keçirilən müsabiqədə Bakı və Sumqayıtın 34 məktəbi təmsil olunub. Bu məktəblər VI, VII və VIII siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə bilik yarışına qatılıb. Fizika, kimya və biologiya fənn müsabiqələrində Bakı və Sumqayıt şəhərləri üzrə 29 məktəbdən 261 şagird iştirak edib. Müsabiqənin qaydalarına əsasən, məktəblər VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə təmsil olunub.Fizika-riyaziyyat və informatika, Kimya və biologiya təmayüllü liseylərdə 3 mərhələdə keçirilən müsabiqələrdə ümumilikdə 531 şagird iştirak edib.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__5258142

yaxsidir

Qonaq__7109534

aferinnn

Qonaq__9765882

super

Qonaq__10199189

super

Qonaq__10199189

afferin

ecka_qirecka

elaaa

MAGNİFİCENT

superrrrrr.:)

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed