Təhsil Nazirliyi direktorlara hansı təlimləri keçəcək?

Təhsil Nazirliyi direktorlara hansı təlimləri keçəcək?

Azərbaycanda məktəb direktorları və direktor müavinləri üçün təlimlər keçirilir.
Lent.az-ın məlumatına görə, təlimlər Təhsil Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Təlimlərdə Bakı şəhəri orta ümumtəhsil məktəblərinin direktor və direktor müavini vəzifəsində çalışan və seçim müsabiqəsində uğur əldə edən mütəxəssislər iştirak edir.
Təlimlərin məqsədi müasir idarəetmə sahəsində bilik və bacarıqlara yiyələnən, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb rəhbərlərini yetişdirməkdən ibarətdir.
Kurslar noyabrın 14-dən yanvarın 31-dək davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Yazar Anar Məcidzadə

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed