Summativlərə görə pulun yığılması qanunidir?! – Rəsmi

Summativlərə görə pulun yığılması qanunidir?! – Rəsmi

Təhsil Nazirliyi orta məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib.

Milli.AzTrend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib ki, summativlərin keçirilməsinə görə şagirdlərdən pul yığmaq məqbul hal deyil:

"Ümumiyyətlə, məktəbin müəyyən maliyyə imkanları olmalıdır. Bununla bağlı məktəblər üçün vəsaitlər də nəzərdə tutulur, məktəblər həmin vəsaitlə summativləri keçirirlər. Elə məktəblər var ki, onlar sponsor köməyindən istifadə edirlər. Amma summativləri bayraq edib pul yığmaq məqbul hal deyil".

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__41933667

Məktəb vəsaitlə təmin edilməyəcəksə bu sistem niyə var?
Bu sistem var,onda məktəblər niyə vəsaitlə təmin olunmur?
Eger təmin olunursa bunu niyə biz görmürük?

Səhr yaz

......