Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................
,,,,,,,,,,,,,29

Sinif rəhbəri vəzifəsinin ləğv edilməsinə RƏSMİ AÇIQLAMA

358-sinif-rehberi-vezifesinin-legv-edilmesine-resmi-aciqlama-1
Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.
Bununla belə, I-IX siniflərdə tədris olunan "Həyat bilgisi" fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi II yarımildən dayandırılıb.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__27630368 - 26.05.2017
müəllimin ayliq 18saatlıq dərs yükü 450AZM ;Məktəb xadiməsinin həftəlik iş saatı 40 saat olmaqla 121 AZM ÖZÜNÜZ MÜQAİSƏ EDİN. BU HAQSIZLIQ DEYİLMİ.
Qonaq__23274481 - 10.02.2017
9-cu siniflərdə konstitusiya keçirdik.Bir bilən varmı niyə ləğv olundu
Qonaq__24509492 - 26.01.2017
maas niye yurlenmi

Öz şərhinizi yazın