Sınaq imtahanlarına yazılış başlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il aprelin 8-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə cari ildə ilk sınaq imtahanları keçirəcəkdir. Həmin imtahanlara yazılmaq istəyən abituriyentlər 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.
Ödəmə kartlarını "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan şəxslər də Komissiyanın internet saytından ödəmə etməklə əldə edə bilərlər.
Bundan sonra onlar Komissiyanın internet saytından ödəmə kartının seriya nömrəsi və pin kodundan, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodundan istifadə etməklə sınaq imtahanlarına yazıla bilərlər

  • Paylaşmağı unutma

Səhr yaz

......