Sınaq imtahanları və onların nəticələri necə öyrəniləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il aprelin 8-də Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında növbəti sınaq imtahanı keçirmişdir.


İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanmış, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılmışdır.
Təəssüflə qeyd edirik ki, dəfələrlə edilmiş elan və xəbərdarlıqlara baxmayaraq, bəzi abituriyentlər sınaq imtahanına özlərinə aid olmayan şəxsiyyət vəsiqəsi ilə yazılmışlar. İmtahan binalarına buraxılış rejimində belə hallar aşkar edilmiş və həmin abituriyentlər imtahana buraxılmamışlar.

Hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır.

Sınaq imtahanları və onların nəticələri necə öyrəniləcək - 2

Yaxın günlərdə nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə biləcəklər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed