Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

SAT imtahanı keçiriləcək - Dövlət İmtahan Mərkəzi

SAT imtahanı keçiriləcək - Dövlət İmtahan Mərkəzi - 1

Mayın 5-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.

DİM-dən FaktXəbər-ə verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.

İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Qeyd edək ki, SAT (Scholastic Aptitude / Assessment Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyənlər üçündür. Hazırda isə azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli universitetlərinə də qəbul ola bilərlər.

Mənbə: http://www.faktxeber.com

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

Bağla