Sabahdan xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır

Sabahdan xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır

Sabahdan "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır.

"Report"xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşlarını bu il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərinsiyahısı,elana dair ətraflı məlumatqeydiyyat linkimüvafiq keçidlərdən əldə oluna bilər.

Proqrama müraciət 1 fevral - 1 aprel tarixləriniəhatə edəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed