Rusiya Federasiyasının ali təhsil müəssisələrinə müsabiqənin ikinci mərhələsi keçirilmişdir

Rusiya Federasiyasının ali təhsil müəssisələrinə müsabiqənin ikinci mərhələsi keçirilmişdir

Mayın 19-da TQDK-da Rusiya Federasiyasının ali təhsil müəssisələrinə müsabiqənin ikinci mərhələsi keçirilmişdir.
Bu mərhələdə test imtahanında ixtisas qrupları üzrə müvafiq müsabiqə şərtini yerinə yetirən abituriyentlər təqdim olunmuş mövzu üzrə yazı işi yerinə yetirmiş, daha sonra müsahibədə iştirak etmişlər.
Müsahibə TQDK sədrinin müavini Namiq Babayevin rəhbərliyi ilə aparılmışdır.
Müsabiqənin yekunlarına əsasən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) 3 nəfər, Rusiya Federasiyasının digər ali təhsil müəssisələrinin I qrup ixtisasları üzrə 4 nəfər , II qrup üzrə 5 nəfər, III qrup üzrə 5 nəfər, IV qrup üzrə 6 nəfər qəbul olunmuşdur.

Qəbul olunanların sənədləri Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed