Qəbul olan abituriyentlərin nəzərinə...

Qəbul olan abituriyentlərin nəzərinə...

Bu gündən 2015/2016-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali məktəblərə qəbul olan şəxslərin qeydiyyatı avqustun 24-dək davam edəcək.

Qəbul olunan şəxslər göstərilən müddətdə qəbul olduqları ali təhsil müəssisəsinə müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bu müddət ərzində qeydiyyatdan keçməmək qaydalara uyğun olaraq həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__12673717

Odenisli ixtisaslara qebul olan sexsler. Olarmiki odenisi indi yox, bir muddet sonra etsin yoxsa hokmen indi etmelidiler?

Qonaq__12213593

yaxsidi

Qonaq__12698252

200 baldan asagilar 2 turda istirak edecekler

Qonaq__12735078

155 bal yigan abituriyent 2 turda istirak ede bilermi

Qonaq__12855267

Hamiya ugurlar

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed