?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Qəbul imtahanlarının minimal balı nə qədər olacaq?

Qəbul imtahanlarının minimal balı nə qədər olacaq?

Bu il ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün minimal bal həddi ötən il olduğu kimi, yenə də 200 olacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu bal həddi ümumi qrup üzrə müsabiqədə iştirak etmək üçündür: "Ancaq ötən il olduğu kimi, bu il də bəzi ixtisaslar üzrə qəbul üçün bal həddi daha yüksək olacaq. Bununla əlaqədar Təhsil Nazirliyindən hələlik heç bir təklif almamışıq. Amma biz hər il müsabiqə şərtlərini elan edəndə dövlət sifarişli yerlər və ödənişli yerlərdə mütləq fərq qoyuruq. Müsabiqədə iştirak etmək üçün minimal bal həddi 200-dürsə, dövlət sifarişli yerlərdə bu bal 300-350-dən yüksək olur".
Şura sədri əlavə edib ki, müsabiqə şərtlərinin yaxın iki həftə ərzində elan edilməsi nəzərdə tutulur.
M.Abbaszadə bildirib ki, ali məktəblərə qəbul planı ötən illə müqayisədə 7 faiz artıb. Bu artım qruplar üzrə müxtəlifdir. I qrup üzrə qəbul planı 12 faiz, II qrup üzrə 7 faiz, III qrupda təxminən 2 faiz, IV qrupda isə təxminən 6 faiz artıb.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 13 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__18033181 - 20.05.2016
Men 2016 ci il cemsid naxcivanskye verirem bali bilmek isterem
Qonaq__18031667 - 20.05.2016
qebul imtahani ayin necesi olacaq?

Öz şərhinizi yazın

Bağla
.....