Orta məktəblərdə hərbi kabinetlər yaradılır

Orta məktəblərdə hərbi kabinetlər yaradılır

Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ili üçün pilot layihə çərçivəsində 50 ümumtəhsil məktəbində hərbi kabinetlər yaradılıb.

NazirlikdənATV.az-a verilən məlumata görə, hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları quraşdırılıb. Eyni zamanda kabinetlər təlim üçün nəzərdə tutulmuş müasir avtomatlar, tapançalar, qumbaralar və minalar ilə təchiz olunub. Təlim üçün nəzərdə tutulan avadanlıqlar həqiqi silahlardan yalnız atəş konstruksiyası ilə fərqlənir. Bu silahlar həm kütləsi, həm də atəş zamanı təpməsi baxımından həqiqi silahla eyni olması ilə yanaşı, tam təhlükəsizdir. Elektron təlim avadanlıqları xüsusi mexanizm və proqram təminatına malikdir.

Qeyd edək ki, paytaxtla yanaşı, ölkənin digər bölgələrində də ümumtəhsil məktəblərinin müasir hərbi kabinetlərlə təchiz olunması planlaşdırılır. ŞəmkirKürdəmirdə tikilmiş yeni məktəblərdə belə kabinetlər artıq quraşdırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed