"Ömrü şeirə dönən Kürdəmir şəhidləri" kitabının təqdimatı olub

Ömrü şeirə dönən Kürdəmir şəhidləri

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlunun "Ömrü şeirə dönən Kürdəmir şəhidləri" kitabının təqdimat mərasimi keçirilib.

Bu barədəAZƏRTAC-a muzeydən məlumat verilib.

Tədbirdə çıxış edən filialın müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Vətən müharibəsi dövründə və ondan sonraki quruculuq dövründə qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək, yeni çapdan çıxmış “Ömrü şeirə dönən Kürdəmir şəhidləri” kitabından bəhs edib. O, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, həyat tarixçəsinin qan yaddaşına köçürülməsi məramı ilə istedadlı şairin oxuculara təqdim edilən kitabının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində faydalı olacağını vurğulayıb.

Daha sonra çıxış edən şəhid ailələri Simuzər Bağıyeva, Jalə Mikayılova, Şövqiyə Azayeva, Cəmafət Əzizova, Vətən müharibəsi veteranı Vidadi Hüseynov, jurnalist Tofiq Abdullayev kitabın yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun aşılanması baxımından önəmini vurğulayıblar.

Tədbirdə şəhidlərimizə həsr olunan fotoslayd nümayiş etdirilib. Məktəblilər “Ömrü şeirə dönən Kürdəmir şəhidləri” kitabından hazırladıqları kompozisiyanı təqdim ediblər.

Sonda kitabın müəllifi tədbirin təşkilatçısı və iştirakçılarına minnətdarlığını bildirib.

“Ömrü şeirə dönən Kürdəmir şəhidləri” kitabı şəhid ailələrinə hədiyyə edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed