Azərbaycanda fənn olimpiadaları başlayır. Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 17-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi keçiriləcək. 27 500-dən çox şagirdin iştirak edəcəyi bu bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif məktəblilələri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt verilir.
Rayon (şəhər) mərhələsinin nəticələri ən geci yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcək. Nəticələrə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə toplayan ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.
İnformatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlər www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək online müsabiqədə iştirak edəcəklər. Rayon (şəhər) mərhələsinin informatika fənni üzrə tapşırıqları qeyd olunan saytda 17 yanvar 2016-cı il tarixində saat 10:00-dan etibarən nümayiş etdiriləcək.
İntizarə
Mənbə: http://sia.az
Bu səhifə 17 dəfə baxılıb
Qonaq__15928295
- 19.01.2016
ele 60 faizen cox yazan kecir turu 3 nefer deyirsiz beke 60 faizden azdi usaqlarda onda nolacaq hec bir usaq kecmeyecek 2 ci tura cavab yazinda xahis edirem
|
Qonaq__15118574
- 19.01.2016
OKeaniyada apatit ve fosforitin olma sebebin bilen varsa yazsin
|
Qonaq__13618690
- 19.01.2016
insallah mende kecerem
|
Qonaq__13886944
- 17.01.2016
niye 8-ci sinifler istirak etmir bu olimpiadalarda??
|
Qonaq__15823924
- 17.01.2016
Haminiza ugurlar menede insallah cavablar yaxsi olar
|
_lamiye_
- 16.01.2016
hımm,maraqlıdır.
|
Qonaq__15848861
- 16.01.2016
insallah qalib olaram
|
Qonaq__15848849
- 16.01.2016
bayil uzre haradadir
|
Qonaq__15754070
- 15.01.2016
sagirdler eziyyet cekib qalib olurlar amma bunu deyerlendirmirler,ne menasi var, sag ol demirler,deyirler borcundur,ne ise...
|
Qonaq__15823026
- 15.01.2016
inwallah 3tura kecerem
|