Nazir: "Doktorantura sahəsində birpilləli sistemə keçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur"

Nazir: Doktorantura sahəsində birpilləli sistemə keçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur

Azərbaycanda doktorantura sahəsində birpilləli sistemə keçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur.

“Report”xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi sistemə ehtiyac var:

“Qanunvericiliyə edilən dəyişikliklə bu sahədə ikipilləli sistemdən birpilləri təhsilə keçidi təmin etmək qarşıda duran vəzifələrdən biridir. Çox az sayda ölkə doktorantura səviyyəsi üzrə ikipilləli təhsil sistemi var. Azərbaycanın Boloniya prosesinə qoşulmasından sonra ilkin mərhələdə doktoranturanın birpilləli sistemə keçirmək üçün dəyişiklik nəzərdə tutulur”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed