NAR Mobile abunəçiləri də TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə edə bilərlər


Elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən “Nar Mobile” istifadəçiləri olan abituriyentlər nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.
Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən “Nar Mobile” istifadəçiləri olan abituriyentlər nömrələrindən 7735 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.
TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir.
Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur. Xidmət “Azerfon” MMC-nin servis və məzmun təminatçısı olan “AzericomMMC-nin texniki dəstəyi ilə həyata keçirilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed